Paytaxtda 10 milyona obyekt satışa çıxarıldı
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın mərkəzində iri həcmli kommersiya obyektlərindən biri satışa təqdim olunub.
“Yeni Sabah” xəbər verir ki, “İçərişəhər” metro stansiyası və Axundov bağı yaxınlığında, gediş-gəlişin sıx olduğu baş yol kənarında yerləşən 2 mərtəbəli obyekt üçün 10 milyon manat satış qiyməti müəyyənləşdirilib.
Ümumi sahəsi 1000 kvadratmetr olan daşınmaz əmlakın hər mərtəbəsi 500 kvadratmetrdən ibarətdir və ümumilikdə 15 otaqdan təşkil olunub. Geniş vitrin pəncərələri ilə diqqət çəkən obyektin birinci mərtəbəsi tam təmirli və istifadəyə hazır vəziyyətdədir, ikinci mərtəbədə isə əsas işlər tamamlanıb və alıcının istəyinə uyğun dizayn üçün əlverişlidir. pizza hut
Qeyri-yaşayış çıxarışına malik olan bu məkandan restoran, bank, klinik mərkəz, brend şourum və ya ofis kimi istifadə olunması nəzərdə tutulur.
Baxış sayı:38
Bu xəbər 29 Sentyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















