Icma.az
close
up
RU
Paytaxtda bu binaların təmirinə başlanır

Paytaxtda bu binaların təmirinə başlanır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı genişmiqyaslı layihəyə start verilir. Paytaxtın bir neçə rayonunu əhatə edən bu layihə çərçivəsində yaşayış binalarının əsaslı təmiri üçün milyonlarla manat vəsait ayrılıb.

"Ölkə.az" xəbər verir ki, təmir işləri Nəsimi rayonu, Yasamal rayonu, Xətai rayonu, Suraxanı rayonu və Sabunçu rayonu ərazilərində yerləşən binaları əhatə edəcək. Bu addım paytaxtın yaşayış infrastrukturunun yenilənməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.

Layihə ilə bağlı hazırlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən yekunlaşdırılıb. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, təmir işlərinin icrası Gəncə Körpü Tikinti-2 şirkətinə həvalə olunub.

Layihənin ümumi dəyəri 24 milyon 985 min 363 manat təşkil edir. Bu vəsait yaşayış binalarının fasadlarının yenilənməsi, mühəndis-kommunikasiya xətlərinin bərpası, dam örtüklərinin təmiri və digər zəruri işlərin görülməsinə sərf ediləcək.

Mütəxəssislər hesab edir ki, bu cür layihələr həm şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, həm də binaların istismar müddətinin uzadılmasına müsbət təsir göstərir. Eyni zamanda sakinlərin təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında bildirib ki, adətən qeyd edilən məsələlər tender və satınalmalar yolu ilə həll olunur:

"Ola bilər ki, keçirilən satınalmada hər hansı bir şirkət qalib gəlib və ayrılan məbləğ həmin şirkətin təqdim etdiyi xərclərə uyğun müəyyən edilib. Ümumiyyətlə, dövlət layihələri iki üsulla həyata keçirilir: biri tender (satınalma) yolu ilə, digəri isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bir mənbədən birbaşa ödəniş etməklə. Çox güman ki, müəyyən kriteriyalar olub və həmin kriteriyalara cavab verən şirkət tenderdə qalib gəlib. Nəticədə tikinti və təmir işləri də ona həvalə edilib. Amma mən bu məsələyə bir qədər fərqli yanaşıram. Bu cür böyük işlərin yalnız bir şirkətə həvalə olunması o qədər də məqsədəuyğun deyil. Həm prosesin daha sürətli getməsi, həm keyfiyyətin təmin olunması, həm də əlavə sualların yaranmaması üçün bu məsələlərə daha diqqətlə yanaşılmalıdır. Mən hesab edirəm ki, əgər bu işlər bir neçə şirkət arasında bölüşdürülərək həyata keçirilsəydi, proses daha səmərəli və məqsədəuyğun olardı".(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see277

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see237

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see230

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see208

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see206

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see190

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see187

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see178

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see176

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see175

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see174

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see173

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see172

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see167

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see163

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see163

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see156

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see149

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri