İngiltərə millisi ilkə imza atıb, İspaniyanın uğurlu seriyası başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Futbol üzrə İngiltərə millisi tarixində ilk dəfə bütün turnirlər nəzərə alınmaqla səfərdə ardıcıl 10 oyunda qalib gəlib.
AZƏRTAC “Opta” statistika agentliyinə istinadən xəbər verir ki, bu nailiyyət UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İspaniya yığması üzərində qələbə hesabına əldə olunub. Madriddəki “Riyad Air Metropolitano” stadionunda keçirilən qarşılaşma İngiltərə millisinin 3:2 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Bundan əlavə, İngiltərə millisi İspaniyanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub. Bu görüşədək ispanların son məğlubiyyəti 2024-cü ilin martına təsadüf edirdi. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda rəsmi oyunlarda isə 3,5 il idi ki, məğlub olmurdu.
Qeyd edək ki, qrupun 2-ci pilləsində qərarlaşan İspaniya yığması 15 xal toplayıb. Eyni xala malik İngiltərə millisi top fərqinə görə rəqibini qabaqlayaraq qrup lideri olub.
Hər iki komanda UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















