Icma.az
close
up
RU
Paytaxtda ödənişli yollar yaradılır

Paytaxtda ödənişli yollar yaradılır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İspan şirkəti Azərbaycana layihə üzrə məsləhət verəcək

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (AYNA) Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi üzrə işlərə start verib. Agentlik müvafiq dövlət qurumları ilə birgə texniki məsələləri müzakirə edir. Ödənişli yolların tətbiqinə dair məsləhət xidmətlərini “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti verəcək. İspaniya şirkəti olan “IDOM Consulting, Engineering & Architecture S.A.A.” bir çox ölkələrdə ödənişli yolların icrasında əsas texniki partnyor kimi iştirak edib. 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılan şirkət konsaltinq, mühəndislik və memarlıq xidmətləri ilə bərabər, şəhər nəqliyyatının idarə edilməsi sahəsində peşəkar təcrübəyə malikdir.

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması

Ödənişli yolların yaradılmasında əsas məqsədlərdən biri nəqliyyat sektorunun inkişafına əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır. Azərbaycanda hələlik yolların ödənişli istismarı praktikasıından istifadə olunmasa da,  bunun tətbiq ediləcəyi gözlənilir. Dünya praktikasından da bəlli olduğu kimi, yığılan vəsaitlər, ilk növbədə, yolların saxlanma xərclərinin qarşılanmasına yönəldilir. Azərbaycanda yolların istismarında ödənişlərin tətbiqi nəqliyyat sektorunun maliyyələşmə imkanlarının artırılması nöqteyi-nəzərindən vacibdir. Məhz bu məqsədlə Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları yaradılmasında məqsəd şəhər nəqliyyatının mobilliyi və infrastrukturunun modernləşməsi üçün əlavə  mənbələrin formalaşdırılması nəzərdə tutulur. Belə ki, dövlət başçısının ötən ilin sentyabrında imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən müəyyən edilib. Həmin sənədlə, Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Həmçinin nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarından əldə edilən vəsaitlərin idarə edilməsi üçün “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Yeni fond ödənişli yollarda tətbiq edilən tariflərin əhəmiyyətli bir hissəsini müasir nəqliyyat vasitələrinin alınmasına və şəhər nəqliyyatının avtomobil parkının yenilənməsinə  yönəldəcək.

Bakı-Quba-Rusiya yolu ilə başlayan layihə

Qeyd edək ki, Azərbaycanda dünyada geniş yayılan ödənişli yollardan istifadə praktikası bir neçə ildir ki, tətbiq olunur. İlk belə layihə Bakı-Quba-Rusiya avtomobil yolu ilə start götürüb. H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib və Tarif  Şurası tərəfindən, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği müəyyən olunub. Həmin məbləğ avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edilib. Yeni magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Yeni layihənin icrası nəticəsində müvafiq marşrut üzrə məsafə 13 km azalıb.

2026-cı ilin iyun ayından etibarən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi də ödənişli yol kimi istifadədir. Bu avtomobil yolunun başlanğıc nöqtəsi Hacıqabul-Bəhramtəpə-Mincivan xəttinin 157-ci kilometri, son nöqtəsi isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib. Ödənişli avtomobil yolunun 1,4-cü kilometri Horadiz-Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolu, 27-ci kilometri - Füzuli Beynəlxalq Hava Limanının giriş yolu, 32-ci kilometri Füzuli şəhərinə giriş, 32-ci, 47-ci və 67,5-ci kilometrləri isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə kəsişir. Ümumilikdə, uzunluğu 81,3 kilometr olan bu yol 1-ci dərəcəli texniki dərəcəyə malikdir.

Dünyada praktika necədir?

Hazırda dünyanın bir çox ölkələrində ödənişli yollar var. Qiymətlər ölkələr üzrə dəyişir. Məsələn, ABŞ-da olan 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Belə yollarda gediş haqqı (50 sentdən 15 dollara qədər) adətən körpü və tunel olan ərazilər üçün alınır. Avropada da avtomobil sahibləri yolun ümumi uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə vəsait ödəyirlər. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır. Məsələn, İspaniyada Madriddən Barakas aeroportuna getmək üçün cəmi 1,75 avro ödənilirsə, Madriddən Barselonaya getmək üçün (200 km) 30 avro ödəmək lazım gəlir.

Postsovet məkanında ödənişli yollardan istifadə praktikasına əl atan ilk ölkə Rusiya olub. Bu ölkədə ilk pullu yollar dövlət əsaslı vəsait qoyuluşu ilə çəkilib, 2007-ci ildən etibarən özəl bölmə təmsilçiləri də ödənişli yollar inşa etməyə başlayıblar. Hazırda qonşu ölkədə 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yollarda gediş-gəliş ödənişli əsaslarla mümkündür. Qardaş Türkiyədə isə Avropa istiqamətində uzanan yol ödənişlidir. Həmçinin Türkiyənin məşhur boğaz körpüsünə giriş də ödənişlədir. Burada ödəniş avtomobillərin modifikasiyasına görə dəyişir.

2027-ci ildə qaydalar hazır olacaq

Xarici praktikada paytaxtın mərkəzi ərazisinə və ya şəhərdaxili zonalarda ödənişli yollar əsasən şəhərin mərkəzində sıxlığı azaltmaq və nəqliyyat axınını tənzimləmək üçün tətbiq olunur. Onların işləmə mexanizmi bir neçə modelə əsaslanır. Bura zonaya giriş haqqı əmsalı daxildir ki, həmin qaydaya əsasən, şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillər müəyyən məbləğ ödəyirlər. Ödəniş avtomobilin şəhərə giriş vaxtına görə dəyişir. Digər qayda marşrut üzrə haqq ödənişidir. Nyu-Yorkda Manhetten körpüləri və tunelləri, Sinqapurda əsas magistrallar, konkret prospekt, körpü və ya tunel istifadəsi bu qaydaya əsaslanır. Dinamik tarif sistemində isə ödəniş məbləği sıxlıq və günün vaxtına görə dəyişir. Pik saatlarda baha, boş vaxtlarda ucuz olur. Bundan başqa, abunə və güzəşt mexanizmləri mövcuddur ki, bu qaydalar üzrə şəhər sakinləri və ya həmin zonada yaşayanlar üçün güzəştlər və ya illik abunə paketləri mövcuddur. Bu mexanizmin məqsədi şəhər mərkəzində sıxlığı azaltmaq, ictimai nəqliyyata marağı artırmaq, havanın çirklənməsini minimuma endirmək və yol infrastrukturunun saxlanmasına maliyyə təmin etməkdir.

Paytaxt Bakıda hələlik ödəniş mexanizmi ilə bağlı bir neçə ssenari nəzərdən keçirilir və qaydalar 2027-ci ildə məlum olacaq. Qanunvericiliyin tələblərinə əsasən, ödənişli yollarla bərabər, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolu da geniş istifadədə qalacaq. Bu, o deməkdir ki, ödənişli yolla bərabər, paytaxtda alternativ yollar da istifadədə olacaq və seçimi sürücülər özü müəyyən edəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri