Paytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib. Avtosfer.az xəbər verir ki, təxminən 10 mənzil sakininin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15B və 5D-dir. Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək başqa yerləri olmadığından onlar həmin evlərdə yaşamağa davam edirlər. Həmçinin bildirilib ki, qeyd olunan hal ilk dəfə baş vermir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri müəyyən tədbirlər görüblər. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub və aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib. Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 18 Aprel 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















