Icma.az
close
up
RU
Paytaxtda sıxlığı necə aradan qaldırmalı?!

Paytaxtda sıxlığı necə aradan qaldırmalı?!

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni qəbul olunmuş dövlət proqramının icrası nəticəsində paytaxtda sərnişinlərin çevik daşınmasına nail olunacaq.

Bu il yanvarın 30-da “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edildi. Bəs əsas hədəfi nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və sərnişinlərin şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyata doğru axınına nail olunması ilə daşıma xidmətlərinin yaxşılaşdırılmasına xidmət edən proqram hansı tədbirləri əhatə edəcək, proqramdan gözləntilər özünü doğruldacaqmı? Bakı şəhərində sıxlığı necə aradan qaldırmaq olar? Bu suallarımıza cavab almaq üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmlər doktoru Aqil Əsədovun fikirlərini öyrəndik.

A.Əsədov açıqlamasında bildirib ki, proqram göründüyündən daha əhatəli və zəngindir. Proqramın adı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı olsa da, sənəd Bakı şəhərində sıxlıq yaradan bəzi müəssisələrin köçürülmə imkanlarının araşdırılması, differensial iş vaxtının tətbiqi və s. kimi məsələləri də nəzərdə tutur.

Ümumilikdə, proqram zamanında qəbul edilmiş bir sənəddir. Ona görə ki, son illər ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər keçirilsə də, artıq nəqliyyat sistemi meqapolislərinin daşıma tələblərinə tam cavab vermir. Bakı şəhərində nəqliyyat vasitələrinin sayı ilbəil artır. “Ölkəmizdə 1,74 milyon nəqliyyat vasitəsi var ki, bunun da 43 faizi və ya 747 min ədədi Bakı şəhərinin payına düşür. 92 mindən çox nəqliyyat vasitəsinin Sumqayıt və Abşeronda olmasını, eləcə də regionlardan gələn avtomobilləri nəzərə alsaq, gündəlik Bakı şəhərinin küçələrində hərəkət edən nəqliyyat vasitələrinin sayını təsəvvür etmək olar”, – deyə o əlavə edib.

Şöbə müdiri qeyd edib ki, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid salınıb. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr yol təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Cənab Prezidentin sözləri ilə desək: “Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi”. Bütün bunlara baxmayaraq, bu gün nəqliyyat infrastrukturu mövcud tələblərə cavab vermir. Ona görə də adıçəkilən proqramın qəbulu gündəlik həyatımızın reallıqlarından irəli gələn bir zərurətdir.

A.Əsədov diqqətə çatdırıb ki, proqramda 2025-2030-cu illər ərzində 7 istiqamət üzrə 65 tədbirin reallaşdırılması nəzərdə tutulub: “Buraya avtomobil yollarının təkmilləşdirilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması, yeni yolların salınması, avtomobillərin parklanması məsələləri, metro ilə daşınmaların təkmilləşdirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə dəmir yolu ilə sərnişin daşınmalarının artırılması, piyada infrastrukturunun təkmilləşdirilməsi, differensial iş vaxtının tətbiqi və müəssisələrin köçürülməsi imkanlarının öyrənilməsi kimi istiqamətlər aiddir. Ümid etmək olar ki, həm də bunu ötən illərin təcrübəsi də təsdiq edir. Proqramın uğurla icrası nəticəsində Bakı və ətraf ərazilərdə sərnişinlərin çevik və təhlükəsiz daşınmasına nail olunacaq, tıxaclar, yollarda ləngimələr aradan qalxacaq”.

Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması ilə bağlı ekspert qeyd edib ki, bu sahədə kifayət qədər təcrübə var. Birinci halda, şəhərin bəlli mərkəzi ərazilərinə giriş məhdudlaşdırılır, yalnız xüsusi xidməti nəqliyyat vasitələri, sahibkar kimi qeydiyyatda olan nəqliyyat vasitələri (VÖEN, bu və ya digər əmtəələri satış yerlərinə çatdıran) bu ərazilərə buraxılış hüququ alır, digər nəqliyyat vasitələrinin girişi ya ödənişli olur, ya da məhdudlaşdırılır. Məsələn, tək günlər tək nömrəli, cüt günlər cüt nömrəli avtomobillər əraziyə daxil ola bilir. Burada önəmli olan məsələlərdən biri də maarifləndirmə işi ilə bağlıdır. Bəzən insanlar araşdırma aparmadan, yollarda hərəkətin vəziyyətini təhlil etmədən bütün istiqamətlərə avtomobillə hərəkət edirlər. Əslində isə alternativ imkanların olduğu hallarda avtomobillə hərəkətin sosial-iqtisadi, ekoloji, təhlükəsizlik və sair tərəflərinin izahı insanların ictimai nəqliyyata doğru istiqamətlənməsinə kömək edə bilər. O cümlədən ayda bir dəfə, rübdə bir dəfə, şənbə və ya bazar günlərində “Avtomobilsiz şəhər”, “Şəhərimizin atmosferini qoruyaq”, “Təmiz atmosfer, təmiz şəhər” və başqa ad altında şəxsi nəqliyyat vasitələrinin hərəkətini məcburi məhdudlaşdıran kampaniyaların təşkili də nəzərdən keçirilə bilər. Bununla da insanlar şəxsi nəqliyyat vasitəsi olmadan yaşamağın mümkünlüyünü daha aydın anlayacaqlar.

Proqramda verilmiş tapşırıqlardan birinin də dövlət qurumları və təhsil müəssisələrində dəyişkən iş rejimi ilə bağlı olduğunu xatırladan A.Əsədov bildirib ki, bu, olduqca vacib məsələdir və sərnişin sıxlığını ciddi şəkildə azalda, tənzimləyə bilər: “Elə ərazilər var ki orada bir neçə dövlət, təhsil müəssisəsi yerləşir. Məsələn, Elmlər Akademiyası, 28 May ərazisi, Sahil metrosu ətrafı, İçərişəhər və sairə belə ərazilərdəndir. Saat 18:00-da bütün müəssisələrdə iş və ya dərslər bitir, hamı dayanacaqlara, metroya axın edir. Əslində bu yükü daşımağa qadir olan metro və ya avtobus marşrutu saat 18-19 arası ciddi sərnişin sıxlığı ilə üzləşir. Səhər işə gedişlə bağlı da eyni vəziyyət yaranır, çünki bütün işlər, dərslər saat 9-da başlayır. Bu isə ictimai nəqliyyatla bağlı davamlı olaraq görülən işlərin mahiyyətini, əhəmiyyətliliyini sanki azaldır. Avtobus parkının yenilənməsi, xüsusi zolaqlarla daha çevik daşınmaların təmin olunması, sürücü-sərnişin münasibətlərində, sürücülərin davranışında müşahidə edilən yeniliklər kənarda qalır, sərnişin gün ərzində 1-1.5 saatda yaşanılan sıxlığın təəssüratını yaşayır. Bu mənada differensial iş saatının tətbiqi olduqca vacib məsələdir və səmərəli olacağı gözlənilir. Məsələn, dövlət qurumlarında işin saat 9:30-da başlaması, təhsil müəssisələrində dərslərin saat 08:30-da başlaması və ya əksinə nəzərdən keçirilə bilər”.

İİTKM-nin rəsmisi bildirib ki, burada məqsəd iş və dərs saatlarının toqquşması ilə sərnişin axınının eyni saata düşməməsidir. Amma təbii ki, digər tərəflər də nəzərə alınmalıdır. Məsələn, ali məktəblərdə dərslərin gec bitməsi enerji xərclərini artıra bilər ki, bu baxımdan Dövlət proqramında da qeyd edildiyi kimi, təhlillərin aparılması zəruridir.

Mənbə: Azərbaycan qəzeti

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Fevral 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see309

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see294

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see280

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see248

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see232

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see231

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see220

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see212

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see211

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see200

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see198

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see193

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see193

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see189

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see188

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see188

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see179

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see177

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see172

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

30 Avqust 2026 03:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri