Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Paytaxtdakı bir sıra evlər zəlzələyə KONKRET

Paytaxtdakı bir sıra evlər zəlzələyə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elan saytlarında görünüşü ecazkar, qiyməti isə bazar səviyyəsindən xeyli aşağı olan həyət evləri alıcıların marağını çəkir. Lakin “ucuz ətin şorbası olmur” deyirlər. Bu tipli evlərin keyfiyyəti ilə bağlı ciddi şübhələr var. Bəzi hallarda bünövrəsi kifayət qədər möhkəm olmayan, keyfiyyətsiz materiallardan istifadə edilmiş tikililərə rast gəlinir ki, bu da qısa müddətdə konstruktiv problemlərə yol aça bilər. Hətta iddia olunur ki, Bakıda orta güclü zəlzələ baş verəcəyi təqdirdə belə evlər yüksək risk altındadır.

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, texnika üzrə fəlsəfə doktoru Məhəmməd Musayev bildirmişdi ki, “makler evləri” potensial təhlükələrdir. O iddia edirdi ki, zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq.

“Fərdi evlərə nəzarət mexanizmi yoxdur”

Əmlak eksperti Firdovsi Xəlilov deyir ki, son illərdə, xüsusilə 2020-ci ildən sonra, çoxmənzilli yaşayış binalarında dövlət nəzarət mexanizmləri ciddi şəkildə formalaşdırılıb: “Beton və armaturların keyfiyyətinə ciddi diqqət yetirilir, tikintinin standartlara uyğunluğu yoxlanılır, binaların iç-içə tikilməməsi və sıxlıqlarına nəzarət olunur. Lakin fərdi yaşayış evlərinin tikintisinə eyni səviyyədə nəzarət mexanizmi yoxdur. Vətəndaş yalnız evini tamamladıqdan sonra çıxarış üçün müraciət edir. O zaman ölçülər götürülür və sənəd verilir. Yəni tikinti prosesində normativlərin və keyfiyyət standartlarının yerinə yetirilib-yetirilmədiyi yoxlanmır”.

“Alıcı üçün potensial təhlükə”

Mütəxəssis bildirir ki, makler inşaatçı deyil. Onun əsas vəzifəsi bir şirkətə və ya şəxsə aid əmlakın satışını həyata keçirməkdir: “Kobud hesablamalarla izah etsək, təmirli fərdi yaşayış evinin çöldən ölçülməklə kvadratmetri təxminən 500 manatdan başlayır. Qiymət təmir növündən, landşaft işlərindən, ərazinin abadlaşdırılmasından və bəzən hovuz kimi əlavə infrastrukturdan asılı olaraq dəyişir. Bakı ərazisində torpağın bir sotu çıxarışla ucuz variantları götürsək, 10-15 min manat arası dəyişir. Məsələn, dörd sot torpaq alınıb və orada 100 kvadratmetrlik ev tikilib. Torpağın qiyməti 40 min manatdırsa, evin tikintisi 90 min manata başa gəlir. Həyət, landşaft, qaz və su təchizatı ilə birlikdə evin minimum maya dəyəri 100 min manat civarında olur. Əgər belə bir evi 60-70 min manata satırlarsa, deməli, burada şübhəli məqam var. Tikilidə və ya sənədləşmədə problemlər, keyfiyyətsiz materiallar və ya normativlərə əməl edilməməsi riski mövcuddur. Bu, alıcı üçün potensial təhlükədir”.

“Sakinlər təxliyə olunmalıdır”

Ekspert bildirir ki, tikinti başa çatdıqdan sonra vətəndaşların çoxu inşaatın keyfiyyətindən xəbərdar ola bilmir: “Problemlər proses tamamlandıqdan sonra üzə çıxır və əsasən iki növə ayrılır. Birincisi, inşaatın keyfiyyətsizliyi ilə bağlı məsələlər, ikincisi isə sənədlə əlaqədar problemlər. Bəzi hallarda inşaat qanunsuz yerlərdə aparılır. Dövlət balansında olan torpaqlarda, göllərin doldurulmuş ərazilərində, su axarları boyunca. Hazırda Abşeron rayonunun bəzi ərazilərində doldurulmuş göl sahələrində tikinti aparılan torpaqlar mövcuddur. Belə ərazilərdə yaşayış mümkün deyil. Tikilmiş binalar təhlükəsizlik baxımından sökülməli və sakinlər təxliyə olunmalıdır”.

Mütəxəssis tövsiyə edir ki, vətəndaşlar ev alarkən evin və torpağın sənədlərinə diqqət yetirsinlər. Hər ikisinin çıxarışı və qanuni sənədləri olmalıdır: “İkincisi, inşaatın keyfiyyətinə diqqət yetirsinlər. Əgər alıcı bu sahədə kifayət qədər təcrübəyə malik deyilsə, üçüncü tərəf kimi qiymətləndiricilər və ya inşaat təcrübəsi olan şirkətlərdən xidmət ala bilər”.

“Alıcı müstəqil tikinti-texniki ekspertiza keçirə bilər”

Bəs bu evlərdə gələcəkdə meydana gələ biləcək problemlərə görə məsuliyyət kimə aiddir?

Vəkillər Kollegiyasının üzvü, vəkil Vahid Hacı-zadə deyir ki, alıcı mütləq torpaq sahəsinin çıxarışını və təyinatını yoxlamalıdır. Torpaq yaşayış üçün nəzərdə tutulmayıbsa, həmin ərazidə ev tikintisi qanunsuz sayılır: “Tikinti üçün müvafiq icazələrin və fərdi yaşayış evi üçün çıxarışın mövcudluğu da vacibdir. Həmçinin tikintini aparan şəxsin və ya şirkətin hüquqi statusu və əvvəlki fəaliyyəti araşdırılmalıdır”.

Vəkil bildirir ki, əgər almaq istədiyi evlə bağlı qüsurlar aşkar edilirsə, alıcı müstəqil tikinti-texniki ekspertiza keçirə bilər: “Rəsmi ekspertiza rəyi əsasında satıcıdan qüsurların aradan qaldırılması, dəymiş ziyanın ödənilməsi və ya müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmək mümkündür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır”.

Keyfiyyətsiz tikinti üçün məsuliyyət kimə aiddir məsələsinə gəldikdə isə, vəkil vurğulayır ki, əsas məsuliyyət tikintini həyata keçirən podratçıya və ya evi satan şəxsə aiddir: “Əgər makler həm tikinti, həm də satış prosesində iştirak edibsə, onun da məsuliyyəti yarana bilər. Müqavilədə keyfiyyət öhdəlikləri göstərildiyi halda məsuliyyətin sübutu daha asan olur. Keyfiyyətə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin”.

“Şifahi razılaşma hüquqi problem yarada bilər”

Vəkil qeyd edib ki, alıcı alqı-satqıdan əvvəl texniki baxış keçirməli, mütəxəssis cəlb etməlidir: “Müqavilə notarial qaydada bağlanmalı, ödənişlər rəsmi və sənədləşdirilmiş şəkildə həyata keçirilməlidir. Şifahi razılaşmalar sonradan hüquqi problem yarada bilər. Tikinti qüsurları üzrə kompensasiya isə məhkəmə qərarı əsasında təmin olunur: “Bunun üçün ekspertiza rəyi, müqavilə və ödənişi təsdiq edən sənədlər təqdim edilməlidir. Məhkəmə satıcını maddi zərərin ödənilməsinə, təmir işlərinin aparılmasına və ya müqavilənin ləğvinə məcbur edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Mart 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri