Icma.az
close
up
RU
Paytaxtın küçələri yenidən yuyuldu, yaşıllıqlara qulluq göstərildi

Paytaxtın küçələri yenidən yuyuldu, yaşıllıqlara qulluq göstərildi

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, avqustun 9-da paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb.

Son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülür. Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır.

İsti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib. Ümumi istifadə olan yollar yuyulub, təmizlik işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Cari işlər çərçivəsində bağ ərazisində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. Qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini vermişdir. Ən əsası isə odur ki, şəhərin təmizliyi və gözəlliyi paytaxta gələn çoxsaylı qonaqlar tərəfindən də yüksək qiymətləndirilib, onlar Bakının gözəlliyinə və təmizliyinə valeh olduqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri