Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Hissin qüdrəti Allahverdi Eminov yazır

Hissin qüdrəti Allahverdi Eminov yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

Mən artıq öz nəticələrimi bilirəm. Amma onlara necə gəlib çatacağımı hələ müəyyənləşdirməmişəm.
Qauss

Bizi unutmamısan ki, gənc dost? Təsadüfi görüşümüz xatirələrdə qalıb. Həqiqəti etiraf etdiyimiz üçün bizi qınamazsan ki? Qayğılar günü-gündən adamı o qədər əhatəsinə alır ki, az qala səni nə vaxtdan düşündürən bir məsələni unudarsan. Hətta bu işi götür-qoy etmək, real fikrə gəlmək naminə apardığın qeydləri, axtarışları belə... Bəli, vaxt imkanına tabe olmaq hissi yoluna çıxır. Xoşbəxtlikdənmi, təsadüfdənmi (bu təsadüf psixoloji məqam deyil!).

Müəllif həmkarım şeirlər məcmuəsini gətirmişdi. Maraqlandım. Sanki bunu gözləyirmiş. Mənə uzatdı. Poetik məcmuə idi. Əlimə alıb vərəqlədim. Şair Ağa Laçınlının anasına həsr etdiyi şeiri oxudum. Və misralar ana intizarında mənim özümü də müqəddəs hissə bağladı:

Budur, son məktubu soruşur məndən:

"Başında nə vardı bir həftə əvvəl",

Düzü, qızdırmışdım soyuqdəymədən,

Anam gör necə də duymuş əlbəəl!

Bu necə sevgidi, nə haqqı-saydı?

Hardan rişələndi bu hiss, bu inam?

Sümüyü duyğudan yoğrulmasaydı,

"Sümüyün duymuşdu" - deməzdi anam.

Şeirin təsirindən çıxmamışam. Düşündüm: Məgər bu intim hissi - fəhmi yalnız bədiiyyatın şirin və məstedici meyini dadan yaradıcılar yaşayırlar?! Bədiiyyatın kövrək qanadlarında yol gedən bu duyum gözəl əsərlərin yazılmasına səbəb olub. M.Qorki yazırdı ki, obrazı tamamlamaq üçün çatışmayan cəhətlər intuisiya vasitəsilə əldə edilir. Maraqlıdır. Dostoyevski kimi sənətkar da intuisiyanın "bəxşişlərinə" biganə qalmamışdı. Hətta şair A.Blok 1905-ci ildə yazdığı bir şeirində intuitiv şəkildə nisbilik nəzəriyyəsinə gəlib çıxmışdı. Bədii fakt bəlkə də qeyri-inandırıcıdır. Amma fakt faktlığında qalır.

Bir halda ki, söhbətimizin ilkin gümanı bədiiyyatın üstünə gəldi, tələsməyə çalışmayaq. Bədii yaradıcılıq zamanı intuisiya iki psixoloji situasiyadan adlayır: zehni və hissi təkamülün yığımından.

Birincidə ideya, fikir bədiiyyatı üstələyir, mühakiməyə daha çox meyilli olur. Belə halda obrazlar fəlsəfi düşüncələrlə danışır, necə deyərlər, "dil" tapırlar. İkincidə obrazlılıq, tərənnüm daha çox motivləşir. Necə ki məşhur rus tənqidçisi N.N.Strakov Dostoyevski barədə deyir: "Yazmaq onun üçün daima daxili işə fasiləsiz təkan vermək demək idi. Elə yazıçılar var ki, onlar düşündüklərini tez də qələmə alırlar. Fikir onlarla obraz və sözlə birgə yaranır, onlar tam hazır fikir ifadə edə bilirlər və bir dəfə dediklərini təzədən daha yaxşı deməyi bacarmırlar. Lakin əksər yazıçılar, xüsusən, iri həcmli əsərlər üzərində işləyəndə çox çətin zəhmətə də qatlaşırlar: yazdıqlarını hey düzəldir və dəyişdirirlər. Bunun nəticəsində əvvəl dumanlı şəkildə canlanmış obraz aydınlaşır, canlanır... Ancaq bu da həqiqətdir ki, Dostoyevskinin əsərlərinin ən yaxşı səhifələri birbaşa, düzəlişsiz yaranmışdır".

Dostoyevskinin birbaşa, düzəlişsiz yaradıcılıq işində fikir gəlişinin və intuitiv təfəkkürün rolu az olmamışdır.

Gəlin, mətləbdən uzaqlaşmayaq. Cansıxıcı görünsə də, bədii aləmdən kəpənək qanadlarında ayrılaq və elmin sərt, amma bəşəri xidmətinə sığınaq. Bəli, bu gündür, sabahdır!..

Maqnit və dəmirin bir-birini müəmmalı eşqlə çəkdiyini müşahidə etməyən az adam tapılar. Ciddi odur ki, hər iki cisim müəyyən prinsip və qanunauyğunluqla bir-birini çəkir. Bu naməlum həqiqətin kəşfi üçün fiziklər filosofların qənaətlərindən başladılar. Ekipur izah edirdi ki, atomların və daşdan ayrılmış bölünməz cisimlərin fiqurları bir-birinə çox yaxınlaşır və öz aralarında asanlıqla birləşə bilir. Onlar daşın, dəmirin bərk hissələrinə dəyir, sonra isə ortaya çəkilərək eyni bir vaxtda həm bir-birindən yapışır, həm də dəmiri çəkib aparırlar. İdealist filosof Platon deyirdi ki, heç bir boşluq olmadığından bu cisimlər hər tərəfdən bir-birini izləyir, onlar ayrılanda və birləşəndə yerlərini dəyişmiş bütün cisimlər əvvəlki yerlərinə keçirlər. Güman ki, düzgün tədqiqat aparanlar bu dolaşıq münasibətlərdən təəccüblənəcəklər... Bu fikirdə Platonun yeganə uzaqgörənliyi "dolaşıq qarşılıqlı münasibətlər" idi. Lakin alimlərin müşahidəsi və fəhmi çox iş görməliydi: maqnetizmin təbiəti hər şeyi hissəciklərin "ilişməsində" axtarmış qədim filosofların mexanizmə əsaslanan təsəvvürlərindən qat-qat mürəkkəbdir.

Yaradıcı təfəkkür sahibləri intuisiyanın gəlişinə ümidlərini heç vaxt itirməyiblər. Dahi alimlər laboratoriyalarına günlərlə bağlansalar da... V.Heyzenberq demişdir ki, mən məsələyə onun incəliklərinə qədər öyrənməkdən yox, bir qayda olaraq mənə düzgün yol göstərən şüurlu hissləri "dinləməkdən" başlayıram. Məşhur fizik "şüurlu hissləri dinləyəndə" intuisiyanı nəzərdə tuturdu.

A.Eynşteyn onun köməyinə çatan situasiyalarda psixoloji məqamlardan boyun qaçırmışdı: Eybi yoxdur, qoy ideya, fikir onun beyninə qəfil gəlsin. Hər halda "torun" gözündən çıxa bilməyəcək və hansı məsələnin, problemin qoyulmasında, aşkarlanmasında ona gərəkli olacaq. Bu, əlbəttə ki, intuisiya idi, alim də yüksək qiymətləndirmişdi onu. Eynşteyn təsdiq edir ki, heç şeylə məhdudlaşmayan intuisiya və fantaziya elmin inkişafına daha çox təkan verir.

Elmi axtarış yolunda alınan mənəvi intuisiya alimi paradoks faktlarla az üzləşdirməmişdi. Necə ki, bu, Eynşteyni bədiiyyata əbədilik zəncirləmişdi və bu qızıl həlqəli zəncir onu ədəbiyyatın kövrək obrazı Don Kixota bağlamışdı. Elmin estetik dəyərindən uzaqlaşan mənəvi intuisiyanın parıltısından gözləri qamaşan alimlər az olmamışdır. Bəllidir, gözəllik zahirdə olur, gözə dəyir. Elmin bu mənada bəxti gətirməyib. Onun gözəlliyi mahiyyətindədir, bir şərtlə, bunu duymaq lazımdır. Yaradıcılıq fəaliyyəti də duyumun, dərketmənin intəhasızlığındadır, qərəzsiz-liyindədir, bir də yaradıcılığın ifadə, özünü büruzə vermə formasındadır, axtarışın nəticəsindədir. Fransız filosofu Dekart da intuisiyanı qiymətləndirmişdi: "Mühakimələr və məntiqi çıxarmaların fəallığı ilə bağlı təfəkkürün elə bir komponenti mövcuddur ki, o, predmetlər arasındakı əlaqə və münasibətləri bilavasitə görmək imkanı verir".

İntuisiyadan yazanlar yaradıcı təfəkkürün bu qəribə qabiliyyətinə biganə qalmamışlar. Belə ki, riyaziyyat sahəsində bir cərəyanın nümayəndələrinə görə bu elmdə intuisiya üçün yer yoxdur: Riyazi biliklərin bütün sistemi yalnız elə xalis məntiqi quraşdırmalardan ibarət olmalıdır ki, bunlarda hər bir müddəa digər müd-dəaların köməyilə yerinə yetirilsin. Digər cərəyanın nümayəndələri isə etiraf etmişlər ki, bir müddəanı başqa bir müddəadan intəhasız olaraq çıxarmaq mümkün deyildir. Axı, son nəticədə riyaziyyatın bütün binası üçün bünövrə olacaq başlanğıc əsas şərtlər, yaxud müddəalardır.

Məşhur italyan estetiki Kroçeyə görə, insan ya dərketmənin intuitiv, məntiqi forması ilə, ya fantaziya və intellektual səviyyə vasitəsilə ayrı-ayrı şeylərin, münasibətlərin fərdi, ya da universal şəkildə qavranılmasıdır. Bir sözlə, insan idrakı obrazlar, anlayışlar yaradan materiyadır. Əlbəttə, bu zaman fantaziya intuisiyanın dadına çatır! Fərdi obrazlar yaradır ki, onun köməyilə şeylər dərk olunur.

Yaradıcı intuisiya yeni, universal və ciddi elmi-bədii informasiyaya keçiddir. Bu keçid momentində intuitiv hiss məhsuldardır.

Biz intuisiyadan danışarkən son dərəcə diqqətli olmalıyıq. Və yenə də deyirik: "Bu ali hiss yaradıcı təfəkkürün işlək fəaliyyəti prosesində xidmətinin şirinliyini gizlətmir. Faktlara qayıdaq: Böyük fiziklərin fəhmi o zaman fəal işləyir ki, söhbət müxtəlif tipli prinsiplərdən gedir, inkar xarakterli qaydalar meydana çıxır, nə baş verdiyini müəyyən etməkdənsə nəyin baş verdiyini aydınlaşdırmaq daha asan görünür. Əslində mümkün olmayan şey bilavasitə, yaxud intuitiv adlanan bizim ümumi biliklər yığımına tam zidd dayanır. Burada da "ciddi məntiq" anlayışından qaçmalıyıq? Yox, "ciddi məntiq" bizi çaşdırmamalı və intuisiyanın yoluna da "əli silahlı" çıxmamalıdır. Psixologiyadan intuitiv və diskursiv təfəkkür formaları məlumdur. Birincidə təfəkkürün məntiqi mərhələləri olmur, problem sanki "tapılmağa", özünü göstərməyə "qürurlanmağa" hazırdır. Sadəcə əsaslandırmaq, sübuta yetirmək kifayətdir. İkincidə tədrici proses əsasdır, bunun vasitəsilə qazanılan bilik və onun mərhələləri məntiqi baxımdan bir-biri ilə əlaqəlidir.

Araşdırılan problemlər (əlbəttə, kəşf problemsiz yarana bilməz) obyektiv ziddiyyətlərin aşkara çıxarılmasından asılıdır. Zira bu, naməlum məsələlərin tapıl-ması zərurəti doğursun. Bəzən problemi ortaya atmaq qabiliyyəti qiymətləndirilmir. Unutmamalıyıq ki, bu, yaradıcı təfəkkürün ən parlaq cəhətidir!

Problemin ətə-qana dolması hətta illərlə uzana bilər və onu meydana atan alimin ömrünə qismət olmaz. Bu, təbiətin qanunudur. Amma yaradıcı şəxsin xoşbəxt taleyi - intuitiv bacarığı yolunda problem kəşfi doğmalaşdırar, onda mövcudluğunu təsdiq edər.

İntuitiv hiss ifadə və təəssüratların obyektiv reallaşmasıdır, təcəssümüdür. Hissi həyəcan, qavrama "sınaqdan" çıxanda fəhmin psixi materiyası "forma" kimi fərqlənir. Zehni axtarış yolunda intuisiya analitik təfəkkürə daha çox sığınır, bir növ onun atributuna çevrilir. Yaradıcı şəxs fikri, ideyanı "təmiz" qəbul etmir, onu müxtəlif fikri əməliyyatların süzgəcindən keçirir. Amerika psixoloqu D.Bruner bu cəhəti yüksək qiymətləndirmişdir: "İntuitiv təfəkkür bununla xarakterizə edilir ki, onda düzgün və müəyyən olunmuş mərhələlər yoxdur. Ümumiyyətlə, bu, hər şeydən əvvəl, problemin bütünlüklə çevrilmiş" şəkildə dərkinə əsaslanır".

İntuisiya yaradıcı təfəkkürün "qapısını" döyür, yoxsa hər bir duyum - fəhm bizi öz sevimli işimizdən, fəaliyyətimizdən ayırardı, dahiliyin körpüsünə çıxarardı, amma... Amma intuisiya idrakın xüsusi forması kimi insan şüurunun yaradıcı funksiyasına istinad edir, köhnə biliklərdən yeni biliklərin dərkinə keçməklə axtarışı stimullaşdırır. Bu, intuitiv bilikdir, idrak prosesində bu biliklər yığımı ayrı-ayrı mərhələlərdən keçir. Alim üçün elmi axtarış yolunda heç də məntiqi mühakiməsi, elmi ümumiləşdirmə səriştəsi və eksperimental nəticələrə gəlmək qabiliyyəti bəs etmir. Biliklərin toplanması özünü hissi biliklərin yığımında təzahür etdirir və bu, alimə elmin estetik dəyərini qiymətləndirmək imkanı verir.

İntuitiv bilik idrakın fəaliyyət funksiyasında sistemli şəkildə inkişaf etməli, elmi uzaqgörənliyə əsaslanmalıdır, yeni biliyə qədər. Bu iki mərhələnin idrak prosesində davamı bir-biri üçün mənbə olması - hissi obrazlardan yeni anlayışlara keçidi - "intuitiv biliyi" reallaşdırır. Elm tarixində maraqlı faktlar az deyildir: fizikada kvant təsəvvürlərinin formulə edilməsi. Bor nəzəriyyəsinin Lui de Broyl tərəfindən inkişafı... Beləliklə də insan idrakı iki mərhələdə seçilir. Birinci mərhələ əsasən hissi faktların yığımından ibarətdir. İkinci mərhələ yeni qanunların, ideya və anlayışların mütləq səmərəli yığımıdır. İdrakın bu faydalı elementləri məntiqi təfəkkürün və təsəvvürün işi ilə şərtlənir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see297

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see221

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see182

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see180

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see177

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see177

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see177

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see177

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see176

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see176

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see176

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see175

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see175

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see174

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see173

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see172

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see172

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see171

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri