Icma.az
close
up
RU
Tanıdığım Zakir Fəxri poeziyası ALLAHVERDİ EMİNOV YAZIR

Tanıdığım Zakir Fəxri poeziyası ALLAHVERDİ EMİNOV YAZIR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün yaşımızın (müharibədən sonra doğulanları nəzərdə tuturam) o vax-tıdı – xatirələr üstümüzə gəlir, olmuşları yada salır, itirdiklərimizi yaşamağa səslə-yir. Bu səsin içində dostlarımız yada düşür, şən və qüssəli günlərimiz vərəqlənir. Necə ki, ötən əsrin 80-90-cı illərində cavan, saçı-saqqalı qapqara, şüvərək boy-buxunlu bir oğlanla tanış oldum. Mən Azərbaycan Xarici Dillər İnstitutunda müəl-limdim, “Pedaqogika” kafedrasının dosentidim. Bu oğlan həmin institutda bir qızı sevirdi. Tanışlığımız dostluğa çevrildi, doğmalaşdıq. Arabir dəniz kənarına çıxır, boş skamyada oturub söhbət edirdik. Şeir yazdığını deməmişdi, amma duymaq his-simdə yanılmamışdım. Nəhayət o, başı ilə təsdiq elədi. Bu oğlan Zakur Fəxriydi. Bu etirafdan sonra Zakirlə söhbətimiz poeziya barədə olurdu. O, cavan şairlərin ad-larını çəkir, hətta şeirlərindən nümunələr söyləyirdi. Mən isə daha çox sevdiyim gənc şairləri xatırladırdım; o cümlədən, Vahid Əziz, Ramiz Rövşəni, Tofiq Abdini, Ələkbər Salahzadəni, Camal Yusifzadəni, İsa İsmayılzadəni, Abbas Abdullanı. Xü-susilə, Vahid Əzizin poeziyasını sevdiyimi, yaxın dost olduğumu deyirdim. Zakir Fəxri azca fikrə getdi və Vahiddən bir bənd şeir oxudu:

Səhərə nə qalır, ulduzlar sönür,

Səhərin yolları gecədən keçir.

Üfüqdə bir solğun şəfəq görnür,

Bu da bir qəribə gecədir, keçir.

Mən bu şeirin yazılması tarixini söylədim: Şairin qəlbindən keçən bir kövrək gecə sevən aşiqlərin gileyindən doğan bir yuxu imiş. Zakir Fəxri fikrə dalmışdı, mən Vahiddən bir parça şeiri söylədim. O, diqqətini mənə yönəltdi:

Sən bir dərya, sən bir gəmi,

Üzəcəyəm hara kimi?

Fələk adlı yelkənimi,

Qaçdım, bağlaya bilmədim.

Şəklinə tutdum üzümü,

Hönkürüb yumdum gözümü,

Oxşadım özüm özümü –

Yaxşı ağlaya bilmədim.

İllər ötür, Zakir Fəxri zəng edir, sahildə görüşürdük. Hiss elədim o, ürəkdən sevir və bu məhəbbət ona sevgi şeirlərini “diqtə” edir. Bəzən sevgi aşiqə – şairə ba-ha başa gəlir, “Sənsiz”ləşir. Necə ki, onun “Sənsiz” şeiri oxucular tərəfindən sakit qarşılanmadı. Uşaqlıq və gənclik dostum Tofiq Abdinlə görüşdüm, o: – qəzetdə  Zakir Fəxrinin şeirini oxudunmu, axı siz cavanlıq dostusuz, – dedi. – Məni bu şeir yamanca tutdu. Bir bəndini əzbərdən dedi:

Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,

Bir daha demərəm “ölərəm sənsiz”.

Ömrümü birtəhər vuraram başa,

Yaşayıb keçinə bilmərəm sənsiz.

Haşiyə çıxıram: mərhum şair Tofiq Abdinlə bir kənddənik, bir məktəbdə oxumuşuq, həm də yaşıdıq. Bakıya da eyni ildə gəlmişik. Bir qızı dərindən sevirdi, qəfil qızı başqa oğlana verdilər. Bu əhvalat ona möhkəmcə təsir eləmişdi....

– Tofiq, – dedim. – Şeiri dünən oxumuşam, kövrəlmişəm, misralar adamı düşündürməyə bilmir, şeir barədə vaxtilə Zakir mənə danışmışdı, amma hələ yazmamışdı.

Çalınar kədərim sarı sim kimi,

Gəl çilən ruhuma təbəssüm kimi.

Məzara baş çəkən bir yetim kimi –

İlk görüş yerinə gələrəm sənsiz.

Zakir Fəxri, hicran boş yuvam olub,

Yaşaram gah gündüz, gah axşam olub.

Pərvanə soraqlı dilsiz şam olub,

İçimdə ney kimi mələrəm sənsiz.

Zakir Fəxri tanıdığım kimi nədən, kimdən yazırsa sevərək yaşayır hisslərini, belə məqamlarda sevgi heç bir halda ötüb keçmir, ürəyə daha çox sığınır. Hərçənd, sevgi məhəbbət deyil qovuşasan, sevgi şimşək kimi kainatı – ürəyi parçalayıb it-mir, başqa bir dünyaya çəkilir. Necə ki, şair “Bir az da sevdim səni” şeirini qələmə aldı. Mən bu şeiri çoxdan oxumuşdum.

Zakirlə demək olar görüşmürdüm, dərdləşmirdim, buna bir səbəb də qayğı-larımız günahkardı. Bu şeiri şair duyaraq, yaşayaraq vərəqə köçürüb – hansı yaşda deməyə çətinlik çəkirəm. Bəlkə də görüşlərimiz zamanı yazılıb, amma oxumayıb?

Dağ çayının önündə

Axar sulara baxdım.

Qoşulub göy sulara

Sular axdıqca axdım...

Yenə yadıma düşdün,

Xatirə – xatirə sən

Gözlərimdən ötüşdün.

Pıçıldayıb adını

Axar sulara tutdum.

Bir az da sevdim səni,

Amma bir az unutdum...

Şeir məni uzaqlara apardı, Zakirlə kirayə ev soraqlı illərə, küçə-küçə ayaq döyür, qapıları ümidlə açırdıq. Beləcə, mən də, o da səhəri nigaran qarşılayırdıq. Mən “dağlı məhəlləsində” tapdım.

Zakir kəndi düşünürdü, dərindən köks ötürdü, mən ona təsəlli verirdim, şair-liyinə güvənməsini tövsiyə edirdim. O, çətinliyə baxmayaraq vüqarını qoruyurdu:

Tək pencəkdə keçirtdim

Qarlı, şaxtalı qışı.

Sərt şaxtada, soyuqda,

Ayazda sevdim səni –

Bir az da sevdim səni...

Tanıtdım mən sevgimi,

Yola – rizə tanıtdım.

Qısıldım tək sevgimə,

Çölə, düzə tanıtdım.

Bir az da sevdim səni,

Amma bir az unutdum...

Lakin sevgi bir gün daşlaşdı ögey sahilində, ruhu tənha dolaşır, gömgöy lə-pələr coşur, mahnılar vaxtsız ayrılığa qovuşur. Şair dərdini kimə söyləsin, köçəri quşlar da yox, göy üzü boş qalıb, təsəllisə bir xatirədirsə:

Dərdimi boşaltdım

Ayrılıq quyusuna,

Xatirə bir daş atdım...

Aylar, illər ötsə də,

Hər an səni gözlədim.

Dönmədin... nə gizlədim,

Sevginə çox umuddum.

Bir az da sevdim səni,

Amma bir az unutdum...

Zakir Fəxri Bakıda ikən, şair və yazıçılarla oturub – durarkən yarıcanı kənddə – anasının yanında idi. Onunla görüşüb qayıdanda uşaq kimi sevinirdi. O illərdə o, anasına xeyli şeirlər həsr eləmişdi. Bəzilərini mənə oxumuşdu, fikrimi öyrənmək istəyirdi. O vaxt mənim də anam sağdı. Zakir Fəxri anasını xatırlayıb “Qaytar, ana, qaytar məni beşiyə” adlı unikal şeirini yazdı. O, necə də özünü xoş-bəxt duyurdu. Bu, o vaxtlardı – Zakir elə bil tənhalaşmışdı, “ərk etdiyi dostlar da üzünə durmuşdular”, belə anlarda övlad anasına sığınmaq istəyir, beşiyə qayıtmaq istər! Şair də istisna deyil.

Çəkilmişəm özümə,

yığılmışam içimə.

Kədər məni səsləmir,

səsləmir sevinc məni,

kimsə səsləməz məni,

bu darısqallıqdan

bir hovur çıxam eşiyə.

Qaytar, ana, qaytar məni beşiyə.

Zakir Fəxri də başqa insanlar qədər anasını istəyrdi, onun üçün xiffət edirdi. Bir gün dedi ki, kəndə gedirəm, anamı yuxuda qarışıq görmüşəm. Yola düşdü və qayıdanda qüssəliydi. Təsəlli verdim. Sevindi, dedi ki, sözündən xeyli yüngülləş-di. Sonralar “Qara torpaq, muğayat ol anamdan” adlı misilsiz şeirini çap etdirdi. Mən başqa şairlərin də şeirlərini oxumuşam. Yaddaşımda Əli Kərimin “Qaytar ana borcunu” şeirini əbədi həkk olunub. Zakir Fəxrinin bu şeirini müqayisə edərdim Əli Kərimin misraları ilə. Ana sevgisini belə dərinlikdə tərənnüm etmək hər şairin işi deyil! Sağlığında qayğısına lazımınca qala bilməyən oğul məhəbbətinin təsəl-lisidir şeir.

Yükünü çəkəmmədim,

Arzusunda bünövrəsini qoydğu

evini tikəmmədim.

Dumanlı köçdən ayrılıb,

ocağı başında yanammadım.

İşıq olub gözlərinə qonammadım,

Qara torpaq, muğayat ol anamdan.

Qulaq asmadım

xeyirxah dualarındakı

yalvarşlara.

Damar – damar qəmə dönüb,

çökdüm alnındakı qırışlara.

Xəbər tutammadım düşəndə xəstə,

Saxlaya bilmədim gözümün üstə,

Qara torpaq, muğayat ol anamdan

Qara torpaqda uyuyan Analar üçün övladlar beləcə nigarandılar, axı, Torpaq da Analar üçün darıxır. Ölməz şairimiz Hüseyn Arif demişkən: 

Torpaq Anasız qalmasın deyə

Torpağın qoynuna köçür analar...

Zakir Fəxrinin bu yaşında Anasız yaşamasına yalnız təsəlli vermək qalır. Təki, Ana soyuq torpaqda üşüməsin:

Ölüm bəlli, olum yox

Yeri soyuq düşməsin,

Bürünməyə şalım yox,

İsti közümü yetır,

Külümdən duyuq düşməsin,

Qara torpaq, muğayat ol anamdan.

Qəbrinə gedən cığırlar,

barı itməsin,

illərin altında qalıb

qoy məzarı itməsin.

Qara torpaq, muğayat ol anamdan.

Mən gənclik dostuma, istedadlı şair Zakir Fəxriyə can sağlığı və yaradıcılıq uğurları arzulayıram.

Allahverdi Eminov

Mart, 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see198

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see133

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see129

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see118

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri