Icma.az
close
up
RU
Əbülfət Mədətoğlunun tükənməyən enerjisi... Allahverdi Eminov yazır

Əbülfət Mədətoğlunun tükənməyən enerjisi... Allahverdi Eminov yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Mən şeir yazmağı bacarmadım, ona görə ki, “Allah payı” qismətimə düş-mədi. Sonralar şeirin hansı hissi əzablardan yarandığını dərk edəndə sevindim ki, qismət belə imiş! Amma şeirdən – bütövlükdə poeziyadan dərindən duyub zövq al-dım və çox da yox, bəzi şairlərin poeziya aləminə vardım, məqalələrimdə, monoq-rafiyalarımda həmin şairlərin adını çəkdim. Bu adlar sırasında özünə məxsus ya-radıcılıq dünyası olan Əbülfət Mədətoğlunu da fərqləndirdim. Məqalələr yazdım və poeziyası haqqında monoqrafiyamı qələmə aldım... Çalışdım şairin poeziyasının lirik – fəlsəfi çalarlarını oxuculara çatdırım. Ümumiyyətlə, poeziyadan yazanlar, tənqidçilər şeirin yaranma dərinliyindən qaçırlar, şairin psixologiyasından kənarda dayanırlar, bu da təbiidir ona görə ki, eksiztensiya ilə harmoniyanın vəhdətindən xəbərsizdilər, müəllifin akselrativliyini duymağı bacarmırlar, poetik fikirlərin hərə-kət dairəsini – ideomatikliyni hiss etmirlər, o cümlədən poeziyaya gətirilən obraz-ların – insanların ekstravertliyini və intravertliyini – iki mexanizmi ayırd etmirlər. Daha doğrusu, məşhur İsveçrə psixoloqu Karl Yunqun “Psixoloji tiplər” əsərindən xəbərsizdilər! Şairdə psixi enerjinin ekstravertin – yaradıcı təkanın xarici aləmə yönəldiyini, intravert enerjisininsə daxili aləmə istiqamətliliyini qiymətləndirir. Bu baxımdan şair tək qalanda, şeirinin misralarını ürəyində pıçıldayanda necə deyər-lər, şairləşir, xəyalında ilahinin “payını” qəbul edir. Necə ki, “Gecə pıçıltısı” şeiri yarandı.

Bir dərin quyudu qurduğum xəyal,

Yüz kəndir sallasan əlimə çatmaz...

Məndən cavab umur bir qalaq sual –

Bu yerdə qələm də susar, naz çatmaz...

Gecənin rəngini səsə çevirib,

O səsi xəncərtək qından sivirib...

Mənim duyğularım elə sevilib –

Ona xəncər deyil, güllə də batmaz!

Qəmin yatağıdı bu ömrün çimi,

Tarıma çəkilib ruhumun simi!

Ötən gecələrdə olduğu kimi –

Şəklinlə danışar Əbülfət, yatmaz!

Əbülfət Mədətoğlu bəlkə də ona görə istedadlı, ilhamlı və emosional doğu-lub, Allaha, İlahiyə və Tanrıya sığınıb, pənah gətiribdir. “Hər duam da Allahadı”, “Məni xoşbəxt edən səs”, “Yenə” şeirlərində o, Uca Tanrını xatırlayır, onu “haqq adamı edən” inamını poetikləşdirir, poeziyanın pıçıltısını şeir vasitəsilə həyata ke-çirir, misralarının “alt qatında” obrazlarını görür, duyur. “Hər duam da Allahadı” deməkdə yanılmır.

Hər duamda Allah adı,

Hər kəlməmdə birincisən!

Ömür tamı – ağız dadı –

Özün kimi bir incisən!

Fikir yükü hopan sözün –

Əzəli O, ünvanı Son!

Zərrəsitək Günəş, közün –

İsidirsən Dünyanı Sən!

Bir mələyin pərvanəsi,

Bir aşiqlik müridiyəm!

Ruhum sevgi təranəsi –

Qəlbi onla kiridirəm!

Digər bir şeirində – “Yenə” də şair sevgisinin vüsala yetişmək üçün üzünü Allaha tutur, axı, sevginin özü Allahın cana ötürdüyü maddi – ruhi nemətdir, vü-cudda bu sevgi yoxsa yaşamağa dəyərmi? Əbülfət Mədətoğlunda sevgi ilahidən-gəlmədir ki, ilahi şeirlər qələmə alır, bu hisslərində Allahı yad edir, necə ki:

Yenə Allah, yenə özüm, yenə Sən...

Yenə məni qucaqlayan dörd divar...

İnsaf edib bəlkə yerə enəsən –

Burda səni gözləyən bir aşiq var!

Yenə xəyal, yenə gerçək, yenə də

Yanılmışam bu sevgidə de, nədə?!

İnsaf edib göy üzündən enəndə -

Bu quruyan ümidləri son suvar!..

Yenə ürək, yenə dilək və yenə

İstəyirəm olduğumtək bəyənə!..

Meh əsəndə üz-gözümə dəyənə –

Səpələnib tala – tala çiçək, “qar”...

Yaradıcılıq – bu qeyri – maddi aləm hər şairə nəsib olmur, çün yaratmaq enerjisi şairə hər yaşda nəsib deyil, onun xislətindədir, canındadır, ruhundadır. Bunu özünə hörmət edən şairlər daha çox anlayırlar, şeir yazmaq üçün özünü “zor-layanlar” bu gün həndəsi silsilə ilə artmaqdadır. Mən Əbülfət Mədətoğlunun yara-dıcılığını daim izləyən oxucu kimi bu prosesin şahidiyəm. Şair oxucu qəlbində – zövqündə özünə həmdəm axtarmalıdır. Əbülfət Mədətoğlu sevgi şeirlərində nə-ciblik, durulmuş fikirlər aşılayır. “Baxışlarla”, “Sənin üçün”, “Sevgimi” və digər şeirlərində gənclik təravətilə, ilham coşğunluğu ilə, səngiməyən ehtirası ilə qarşı-laşırıq. Cinsi enerji o sənətkarda, xüsusən, poeziyada o halda özünü daha qabarıq göstərirsə, şeir doğulur, sətirlənir, qafiyələnir:

Şölə saçır gecə – gündüz  ürək – şam,

Bu sevgidən almaq üçün ürək kam!

Sənin ilə varlığını görüb tam –

Özü ilə inanc kimi daşıyır.

Göz ovudur, bu həsrətin, Əbülfət

Yorulmadan yer üzünə səp ülfət!

Kəsə deyim, sən də bil ki məhəbbət –

Dəlisi var, sənin üçün yaşayır!

Poeziya başqa bədii sənətlərdən fərqli olaraq oxucu ilə həmsöhbət olur, səs-ləndirir, ağladır və güldürür. Əbülfət Mədətoğlu şeirində söz poetik obrazın bətnini açıb göstərir, canlı detalları əyaniləşdirir, oxucunu qeyri – müəyyənlikdən xilas edir, insan hisslərini cilalayır. Onun son şeirində bir nikbinlik, həyat eşqinə ca-natma, yaşamaq arzusu sezilir. “Qalır, “Silinmir”, “Darıxacaqsan” şeirləri öxucunu xatirələrin ünvanına aparır, aşiq – müəllif kədərə yox, sevincə üz tutur, xatirələrə qapılır, “ya axşam, ya sabah qapını döyəcək külək”,onda “darıxacaqsan”!

Alın söykədiyin pəncərə, şüşən

Hər an damlalarla şırımlanmasa...

Dünyada ən isti yağışa düşən –

Varlığın sığınıb qımıldanmasa –

Mənimçin darıxacaqsan –

deyən şair son hisslərini gizlətmir.

Dilin titrəyəndə, dodaq əsəndə,

Saçına ilişib qalanda daraq,

Mətbəxdə əlini bıçaq kəsəndə

Qana bələnəndə yazdığın varaq –

Olanları... mənimçin darıxacaqsan...

Əbülfət Mədətoğlu haqqında məqaləmi yazmağa sövq edən arxivimdə tap-dığım “Əsir aparırlar əsir adamı” silsiləli şeirləri oldu: “Şəhriyar” qəzetinin 18 mart 1999-cu il sayında oxudum. Saralmış səhifə məni ötən 2 ilə apardı. Əsrin dörddə birində qələmə alınmış bu şeirləri təkrar oxusam da, sanki yenicə yazıl-mışlardır. “Məndən aşağıda” şeirilə başlayır, şair Tanrıya üz tutur:

Məndən yuxarıda Tanrım,

Məndən aşağıda mənəm.

Tanrının şəriki yoxdur

Mən özüm özümə – tənəm.

Səpələnib Muğan – Milə,

Dodaqda çat, gözdə gilə,

Bu Vətənsiz canım ilə –

Mən dərdə – qəmə vətənəm.

Bu nə cürə ağıl – başdı,

İçimdəki ağrı daşdı,

Yüküm yaman ağırlaşdı –

Dözməyib ölüb – itənəm.

Bu şeirlərin ovqatla yazılması şairin yaradıcı enerjisinin tükənməzliyinin bədii inikasıdır, təmiz ilhamın misralarıdır. Yeri gələndə Dünya ilə “Savaşının” poetik pıçıltılarıdır. “Gen dünyada”, “İndi”, “Məni varaqla” və s. şeirləri fikrimin təsdiqidir. “İndi” şeiri şairin mövcud durumunun poetik səsidir, ömrün harasa tə-ləsən məqamlarına işarədir.

Azalıb ömrümdə şirin məqamlar,

Çoxalıb dilimdə ahlar, amanlar,

Mənə qanad olan ümid – gümanlar –

Dərmanı ovcumla atıram indi, –

gileylənən şairin “gözləri uzaqda dağ sorağındadır, ürəyi yurd yeri – bağ sorağındadır”, – pıçıldayıb toxdayır.

Yeni nəsil oxuculara şair Əbülfət Mədətoğlunun 25 il öncə qələmə aldığı 3 şeirini təqdim edirəm.

İndi

Eləcə oturub səssiz, səmirsiz,

Başımı dərdlərlə qatıram indi,

Yelkəni qırılmış qayıq kimiyəm,

Gah üzür, gah da ki batıram indi.

Azalıb ömrümdə şirin məqamlar,

Çoxalıb dilimdə ahlar, amanlar.

Mənə qanad olan ümid – gümanlar –

Dərmanı ovucla atıram indi.

Gözlərim uzaqda, dağ sorağında,

Ürəyim yurd yeri – bağ sorağında,

Mən elə bu hala sağ sorağımla –

Əli uzanaqlı yatıram indi.

... Yamanca oynadıq ocaqla – közlə,

Çarmıxa çəkildik ürəkdən, gözdən,

Darıxan baş daşım, bir az da gözlə -

Gəlirəm, yetirəm çatıram indi.

Gen dünyada

Dərd alıb – sevinc satıram,

Başımı dərdə qatıram,

Dərdlə Vüsala çatıram –

Bu gen dünyada!

Bəzənib içim və çölüm,

İmkan yox, qazancı bölüm!

Sallanıb yaxamdan ölüm –

Bu gen dünyada!

Canımı dişimə sıxdım,

Dərdləri üst-üstə yığdım.

Tanrının yadından çıxdım –

Bu gen dünyada!

Məni

Dərdim bir diş çəkdirib,

Ağrısı ütür məni.

Bu dərd dizin bərkidib –

Yüyürüb ötür məni.

Otur, düşün, ara, seç –

Üstündən bir kərə keç.

Sən özünə qıyma heç –

Gərəksə – itir məni.

Son ümid – Simurq kimi,

Yumulmuş yumruq kimi,

Bir qələm çubuq kimi

Yenidən bitir məni.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri