Icma.az
close
up
RU
Pedaqoji Universitet Qazaxıstanın 4 universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Pedaqoji Universitet Qazaxıstanın 4 universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ADA Universitetində keçirilmiş “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstanın aparıcı ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

Bu barədə 525.az-a ADPU-dan məlumat verilib.

ADPU ilə Qazax Dövlət Qızlar Pedaqoji Universiteti, Özbəkali Janibekov adına Cənubi Qazaxıstan Pedaqoji Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlığın başlanğıcı kimi ADPU-da Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin (KNWTTU) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə KNWTTU-nun rektoru professor Gulmira Qanay, Akademik məsələlər departamentinin əməkdaşı Kımbat Balajanova, eləcə də ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər. Tərəflər universitetlər arasında akademik proqramlar, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

ADPU-da, həmçinin Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin nümayəndə heyətləri ilə görüş keçirilib. Görüşdə Şərqi Qazaxıstan Universitetinin rektoru professor Tölegen Muxtar, Strategiya, beynəlxalq əməkdaşlıq və akkreditasiya şöbəsinin müdiri Dana Niqmanova, Keyfiyyətin təminatı və beynəlxalq əməkdaşlıq şöbəsinin direktor müavini Külubek Bağdatqalı, Peşəkar Təkmilləşdirmə Mərkəzinin müdiri Zhannel Bolatovna, doktorant Maratqızı Nazərke, Yessenov Universitetinin birinci vitse-prezidenti Kaiyrbek Makulov, Pedaqogika kafedrasının müdiri Aliya Janissenova, Biznes və hüquq fakültəsinin dekanı Rısgül Abilşeyeva, Yessenov Universiteti Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov və ADPU rəhbərliyi iştirak ediblər.

Qazaxıstan universitetlərinin nümayəndələri təhsil müəssisələrinin tarixi, akademik strukturu, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əlaqələri barədə təqdimatlar ediblər. Tərəflər akademik əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi konfrans və simpoziumların təşkili və müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması perspektivlərini müzakirə ediblər.

Görüşlər nəticəsində ADPU ilə Qazaxıstan universitetləri arasında elmi və akademik əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunub.

Qonaqlar ADPU-nun əsas binası, elektron kitabxanası, Heydər Əliyev muzeyi və Türkoloji Mərkəz ilə tanış olub, universitetin infrastrukturu və akademik imkanları haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, bu əməkdaşlıq Azərbaycan ilə Qazaxıstan arasında ali təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcək, təhsil və elmi-tədqiqat sahələrində qarşılıqlı təcrübə mübadiləsini gücləndirəcək. ADPU-nun beynəlxalq əməkdaşlıq istiqamətində atdığı bu addım universitetin qlobal elmi və akademik platformalarda mövqeyini gücləndirmək məqsədini daşıyır və gələcəkdə ortaq layihələrin, ikili diplom proqramlarının və beynəlxalq akademik təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradacaq.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri