Icma.az
close
up
RU
Pedaqoji Universitetdə tələbələrlə sağlam həyat tərzinin təbliği ilə bağlı görüş keçirilib FOTOLAR

Pedaqoji Universitetdə tələbələrlə sağlam həyat tərzinin təbliği ilə bağlı görüş keçirilib FOTOLAR

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Baş Səhiyyə Mərkəzinin sağlam həyat tərzinin təşviqi məqsədilə keçirdiyi "Sağlam sabah” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib.

Universitetdən bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən ali və orta məktəblərin tələbə və şagird heyətinin cəlb olunacağı layihənin əsas məqsədi gənc və yeniyetmələrə sağlam həyat tərzinin təbliğidir.

Tədbirdən öncə tədbir iştirakçıları ilə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov və sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev arasında görüş baş tutub. "Sağlam sabah” layihəsinin universitetdə keçirilməsindən məmnun olduğunu bildirən rektor növbəti tədbirlərin universitetin digər inzibati binalarında da daha geniş tələbə heyəti ilə keçirilməsinin arzusunda olduğunu ifadə edib.

ADPU-da fəaliyyət göstərən 4 nömrəli Tələbə Poliklinikasının rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, həmin şöbənin böyük mütəxəssisi Nərgiz Kərimova və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova tədbirin məqsədi haqqında məlumat verərək, belə mühüm layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsi istiqamətində önəmli rol oynadığını nəzərə çatdırıb. Daha sonra söz universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevə verilib. O da öz növbəsində "Sağlam sabah” layihəsinin universitetin tələbə heyəti üçün çox faydalı olacağını vurğulayaraq tədbirin təşkilatçılığına görə Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbir Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Vüsalə Əliyevanın, 10 nömrəli Şəhər Poliklinikasının həkim-endokrinoloqu Kəmalə Gözəlovanın, 8 nömrəli Uşaq Poliklinikasının psixoloqu Zöhrə İslamzadənin, və 5 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Leyla Məmmədovanın çıxışları ilə davam etdirilib.

"Sağlam təməl sağlam gələcəkdir” devizi altında keçirilən tədbir zamanı gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, piylənmə və onunla mübarizə yolları, zorakılığın növləri, kiberzorakılıq, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, gəncləri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.

Çıxış edənlər, həmçinin ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artırıldığını bildirməklə yanaşı hər bir vətəndaşın Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində bütün tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə imkanlarının olmasını vurğulayıblar.

Universitetin 120 tələbəsinin qatıldığı tədbir 2 fərqli auditoriyalarda təşkil olunub, interaktiv şəkildə keçən tədbir zamanı gənclərin bütün sualları cavablandırılıb.

Tədbirin sonunda tələbələrə sağlam həyat tərzi, zərərli vərdişlər barəsində anonim sorğu təqdim olunub. Sorğunun nəticələrinin emal olunaraq gələcək tədbirlərdə daha aktual məsələlərə aydınlıq gətirilməsi planlaşdırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri