Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Pekində dünyanın ən böyük avtomobil sərgisi aprelin 24-də işinə başlayır.
Avtosfer.az xəbər verir ki, sərgi mayın 3-dək davam edəcək. Beynəlxalq Sərgi Mərkəzində keçirilən tədbir əzəməti ilə insanların marağına səbəb olub.
Rəsmi məlumata görə 380 min kvadratmetr sahəni əhatə edəcək sərgidə 1500-dək avtomobil nümayişə çıxarılacaq. Bunlardan 71-i konseptual modeldir. Sərgi çərçivəsində 181 modelin beynəlxalq premyerası reallaşacaq.
Sərgidə milyonadək ziyarətçinin iştirakı gözlənilir. Tədbiri işıqlandırmaq üçün 23 min nəfərdən çox media əməkdaşı akkreditasiyadan keçib.
Beynəlxalq sərgidə əsas diqqətin elektromobillərə yönələcəyi şübhə doğurmur.
Vüqar
Baxış sayı:180
Bu xəbər 20 Aprel 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















