Icma.az
close
up
RU
Pekin buna görə ABŞ ilə Rusiya arasında razılaşmanın içində olmaq istəyir Politoloq

Pekin buna görə ABŞ ilə Rusiya arasında razılaşmanın içində olmaq istəyir Politoloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasının Keytapun şəhərində keçirilən görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından biri olub. “Reuters” agentliyinin məlumatına görə, Pekin ABŞ "Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə irəli sürdüyü təşəbbüsü dəstəkləyib. Halbuki, Avropa ölkələri Trampın təşəbbüslərini Avropa və Ukrayna üçün təhlükəli hesab edirlər. Buna baxmayaraq, Çinin xarici işlər naziri Van Yi Keyptaundakı çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini bildirib. “ABŞ-la Rusiya arasında əldə olunan konsensusu dəstəkləyirik” deyən Van Yi bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında söylədiyi fikirləri burada da təkralayıb: “Danışıqlarda bütün maraqlı tərəflər iştirak etməlidirlər”.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Pekin ABŞ-Rusiya diplomatları arasında aparılan danışıqları diqqətlə izləyir:

"Pekin hansısa mərhələdə danışıqlarda iştirak etmək istəyir. Birincisi, Pekin ABŞ-la Rusiya arasında razılaşmanın Çinin maraqlarına cavab verməyəcəyindən narahat olduğuna görə prosesin içində olmaq istəyir. İkincisi, Çin müharibədən sonra Ukraynanın yenidən qurulmasında, tikinti və bərpa işlərində iştirak etmək istəyir. Bununla Çin Ukraynada mövqelərini gücləndirməyə çalışacaq. Kiyev bunun əleyhinə deyil.

Buna baxmayaraq, hələ ki, Ukrayna ətrafında cərəyan edən proseslərdə və danışıqlarda Çinin iştirakından söhbət getmir. Pekin özü də hələ tələsmir. Çünki, Çin hakimiyyəti Donald Trampın planının nədən ibarət olduğunu özü üçün tam müəyyənləşdirməyib. Tramp özü də Çinin bu proseslərə qarışmasını istəmir. Ağ Ev sahibinin Kremllə Ukrayna ilə bağlı razılaşma əldə etməsinin əsas məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Pekin də bundan narahatdır. Rusiya Prezidenti Vladimir Putin Pekinin narahatlığını azaltmaq məqsədilə Səudiyyə Ərəbistanındakı danışıqlar barədə Çin lideri Si Cinpini telefonla məlumatlandırıb. Buna baxmayaraq, Si Cinpin gedişatdan narahatdır. ABŞ-ın “CNN” televiziya kanalı Trampın təşəbbüslərinin illərdir formalaşan Pekin-Moskva ittifaqına mənfi təsir edəcəyinə dair geniş reportaj yayımlayıb. Belə görünür ki, Pekinin Moskvanın siyasətindən şübhəsi yaranıb. Trampa da elə bu lazımdır". 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Fevral 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri