Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
11 Fevral – Çin donanmasına məxsus bir freqat Torres boğazından keçib. Daha sonra bu freqata iki başqa Çin hərbi gəmisi qoşularaq Mercan dənizindən hərəkət edib.
21-22 Fevral – Çin hərbi gəmiləri canlı atəş təlimləri keçirib.
4 Mart – Çin donanması Perth şəhərindən 170 dəniz mili (təxminən 315 km) məsafəyə qədər yaxınlaşıb.
7 Mart – Çin donanması şimala, İndoneziya istiqamətində hərəkət edib. Çin gəmilərinin Avstraliyanın eksklüziv iqtisadi zonası (EEZ) ərazisinə daxil olub-çıxdığı qeyd edilib.
Mövcud hərbi aktivlik Çin donanmasının genişmiqyaslı hərbi əməliyyatlara hazırlığının praktikasıdır. Təbii ki, Pekin üçün prioritet Tayvan məsələsidir və hesab edirəm ki, hazırkı aktivlik məhz ada üzərində nəzarəti bərpa etməyə hesablanıb.
Ümumi konteksdə, Çin donanmasının istehsal və inkişaf tendensiyasını nəzərə alarsaq yaxın 15 ildə əsas rəqibi ABŞ- ı bu sahədə geridə qoyacaq.
İqtisadi potensialının hərbi sahələrə transformasiyasını uğurla reallaşdıran Pekin hökuməti Vaşinqtonun dünya okeanında olan hegamoniyasın sonlandırmaqda israrlıdır.
Onların fəaliyyəti ABŞ-da diqqətlə izlənilir və təsadüfi deyil ki, prezident Donald Tramp hərbi gəmi istehsalını artıracaqlarını bildirdi. Lakin, amerikalıların Çinin istehsal sürətini keçəcəyi inandırıcı deyil. Onlar bu sahədə lider ölkədir və bu liderlik Çin Xalq hərbi dəniz qüvvələrini artıq mavi su donanması olmasını şərtləndirib.
Pərviz Mirizadə, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:Vaşinqtonun Pekin narahatlığı
01 Fevral 2025 11:01
Çin rəsmisi: Pekin Vaşinqtonun iqtisadi təzyiqi ilə barışmayacaq
10 Aprel 2025 13:40
Çin Ukraynaya qoşun göndərməyəcək Pekin Vaşinqtonun təklifini qəbul etmir
18 Fevral 2025 22:53
Vaşinqtonun son təklifi
23 Aprel 2025 12:56
Vaşinqtonun son cəhdi?
29 Aprel 2025 18:31
Baxış sayı:95
Bu xəbər 12 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















