Icma.az
close
up
RU
Vaşinqtonun İran planı: Tehranı Pekin və Moskvadan ayırmaq

Vaşinqtonun İran planı: Tehranı Pekin və Moskvadan ayırmaq

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Son həftələrdə İranda milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi, inflyasiyanın sürətlənməsi və əhalinin real gəlirlərinin azalması fonunda başlayan etiraz aksiyaları qısa müddət ərzində geniş coğrafiyanı əhatə edərək ölkənin daxili sabitliyi ilə bağlı ciddi suallar doğurmuşdur. Dekabrın 28-dən etibarən başlanan etirazlar İranın 31 əyalətindən 27-nə yayılması sosial-iqtisadi narazılıqların tədricən siyasi məzmun aldığını göstərir.

Bu mənzərə etirazların artıq lokal sosial narazılıq çərçivəsindən çıxaraq daha mürəkkəb təhlükəsizlik və idarəetmə böhranı mərhələsinə keçdiyini göstərir.

Əvvəlki aksiyalardan fərqli olaraq indiki etirazların əsas səbəbləri sırasında uzunmüddətli sosial-iqtisadi böhran  dayanır.  Sanksiyalar nəticəsində xarici investisiyaların azalması, enerji və ərzaq qiymətlərinin yüksəlməsi, işsizlik səviyyəsinin artması və milli valyutanın davamlı devalvasiyası geniş əhali təbəqələrində sosial narazılığı dərinləşdirib. Bu səbəbdən də hakimiyyətə etirazları yatırmaq və ya onlara qarşı sərt addımlar atmağa imkan vermir. Çünki ölkədəki sosial-iqtisadi böhran İranın siyasi elitasında da ciddi narzıçılığa və parçalanmaya səbəb olub.

Prezident Məsud Pezeşkianın son çıxışlarında xarici təzyiqlərin İran iqtisadiyyatına vurduğu zərbə xüsusi vurğulanır və hökumət mövqeyindən etirazların əsas səbəbi kimi sanksiya rejimi göstərilir. Rəsmi Tehran bu narazılıqların daxili sosial problemlərlə yanaşı, xarici aktorlar tərəfindən də stimullaşdırıldığını iddia edir.

Etirazlara beynəlxalq reaksiyalar, xüsusilə ABŞ və İsrail rəsmilərinin açıqlamaları, prosesin regional və qlobal ölçülərini ön plana çıxarmışdır. ABŞ Prezidenti Donald Trampın etirazçılara qarşı zorakılıq halları ilə bağlı sərt bəyanatları və “yaxından izləyirik” mesajları Vaşinqtonun İran daxilində baş verən proseslərə yüksək həssaslıqla yanaşdığını göstərir.

İsrail mediasında və siyasi dairələrində səsləndirilən açıqlamalar isə etirazların İranın ali siyasi rəhbərliyinə qarşı çevrilə biləcəyi ehtimalını müzakirə predmetinə çevirmişdir. İsrailin bəzi rəsmi və qeyri-rəsmi mənbələri İran daxilindəki sosial narazılıqların regionda strateji balansı dəyişmək üçün fürsət pəncərəsi yarada biləcəyini açıq şəkildə qeyd edirlər. Çünki İsrail bir neçə il öncə İranda 22 yaşlı Məhisa Əmini hadisəsindən, istərsə də 2025-ci ilin yayında 12 günlük İsrail-İran müharibəsində əhalini ayağa qaldırıb hakimiyyət dəyişikliyinə nail ola bilmədi. 
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbərliyi isə baş verənləri “xarici müdaxilə elementləri olan koordinasiyalı proses” kimi qiymətləndirir və xüsusilə ABŞ və İsrailin adını çəkir. Bu mövqe Tehranın təhlükəsizlik doktrinasında etirazların təkcə daxili problem kimi deyil, milli təhlükəsizlik riski kimi qəbul edildiyini göstərir.

İran ətrafında gedən müzakirələrin mərkəzində “rejim dəyişikliyi” mövzusu açıq və ya dolayı şəkildə yer almaqdadır. ABŞ və İsrail üçün İran yalnız regional aktor deyil, həm də ideoloji və hərbi baxımdan uzunmüddətli strateji çağırışdır. 1979-cu ildən sonra İranın formalaşdırdığı müstəqil regional siyasət, proksi qüvvələr vasitəsilə Yaxın Şərqdə təsir imkanlarını genişləndirməsi bu narahatlığın əsas mənbəyidir.

Vaşinqton üçün əlavə amil İranın Çin və Rusiya ilə yaxınlaşması, yeni dünya nizamı kontekstində Tehranın anti-Qərb blokunda yer almasıdır. Bu baxımdan, İranın daxili zəifləməsi və ya siyasi transformasiyası ABŞ-ın qlobal strategiyasında mühüm geosiyasi dividend kimi qiymətləndirilə bilər.

Vaşinqtonun İrana yanaşması yalnız Tehranın daxili siyasi davranışları və ya nüvə proqramı ilə məhdudlaşmır. ABŞ üçün əsas hədəf İranın Yaxın Şərqdə müstəqil və qarşıdurma yönümlü regional aktor kimi rolunu zəiflətmək, eyni zamanda onu yeni formalaşan qlobal geosiyasi düzəndə Çin və Rusiyanın strateji orbitindən uzaqlaşdırmaqdır.

ABŞ-ın uzunmüddətli Yaxın Şərq planları regional nizamın idarəolunan və proqnozlaşdırıla bilən aktorlar üzərində qurulmasını nəzərdə tutur. Bu kontekstdə İranın mövcud hərbi doktrinası, ideoloji xarici siyasəti və proksi güclər üzərindən təsir mexanizmləri Vaşinqton tərəfindən əsas risk faktorları kimi qiymətləndirilir. ABŞ administrasiyası üçün prioritet məsələlərdən biri İranın bu imkanlarını sistemli şəkildə məhdudlaşdırmaq və ölkəni daha praqmatik, status-kvo yönümlü siyasi davranış modelinə yönəltməkdir.

Yeni dünya düzəni çərçivəsində İranın Çin və Rusiya ilə dərinləşən əməkdaşlığı ABŞ-ın strateji narahatlıqlarını daha da artırır. Vaşinqton Tehranın Pekinlə enerji və infrastruktur sahələrində, Moskva ilə isə hərbi və təhlükəsizlik sahəsində yaxınlaşmasını Qərbin qlobal təsirinə qarşı formalaşan alternativ güc blokunun tərkib hissəsi kimi dəyərləndirir. Bu səbəbdən ABŞ üçün optimal ssenari İranın bu cəbhədən ayrılması, ən azı isə neytral mövqeyə çəkilməsidir.

Bu yanaşma çərçivəsində ABŞ-ın məqsədi birbaşa hərbi müdaxilədən daha çox İranın “strateji transformasiyasına” nail olmaqdır. Bu transformasiya Tehranın hərbi və ideoloji təhdid potensialının tədricən aradan qaldırılmasını, regiondakı proksi şəbəkələrinin zəiflədilməsini və İranın qlobal geosiyasi proseslərdə daha məhdud, uyğunlaşdırılmış rol almasını nəzərdə tutur.
Beləliklə, Vaşinqton üçün əsas hədəf yalnız İranın davranışlarını dəyişmək deyil, həm də onu qlobal və regional geosiyasi arxitekturada yenidən mövqeləndirməkdir. Bu strategiya reallaşacağı təqdirdə, ABŞ həm Yaxın Şərqdə manevr imkanlarını genişləndirmiş olacaq, həm də Çin və Rusiyanın regional təsirinin balanslaşdırılmasında mühüm üstünlük əldə edəcək.
Hazırkı mərhələdə İranda etirazların qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, davam edən sosial-iqtisadi böhran, beynəlxalq təzyiqlər və regional qarşıdurmaların kəsişməsi ölkəni uzunmüddətli qeyri-sabitlik riskləri ilə üz-üzə qoyur. 
İran hadisələri bir daha göstərir ki, Yaxın Şərqdə daxili sosial proseslər artıq yalnız milli çərçivədə deyil, qlobal güclərin strateji hesablamaları fonunda formalaşır. Bu isə regionda sabitliyin gələcək perspektivlərini daha mürəkkəb və proqnozlaşdırılması çətin edir.
 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri