Pekindən asılılıq artır: Rusiya Çinə metal ixracını kəskin artırıb
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Çinə metal satışını kəskin artırıb. Bu vəziyyət Moskvanın Pekindən iqtisadi asılılığını vurğulayır. Bloomberg xəbər verir ki, bunu Trade Data Monitor məlumatları sübut edir.
Çin gömrük xidmətinin statistikasını alan Trade Data Monitor-un məlumatına görə, may ayında Rusiyanın Çinə alüminium tədarükü keçən ilin may ayı ilə müqayisədə demək olar ki, 56% artaraq 1 milyon ton təşkil edib. Eyni zamanda, mis satışı 66% artdı və Çinə nikel idxalı iki dəfədən çox olub.
Nəşr qeyd edir ki, Rusiya metalları artıq London və Çikaqo əmtəə birjalarında qəbul edilmir, həmçinin ayrıca məhdudiyyətlərə məruz qalır. Bu fonda Çin və Rusiya arasında ticarət genişlənməkdə davam edir.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Rusiya Federasiyasından alüminium idxalına mərhələli qadağa haqqında razılığa gəlmişdi.
2026-cı ilin fevralına qədər qüvvədə olacaq 275 min ton idxal limiti müəyyən edilib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 İyul 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















