Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Pənahəli xan nəslinin nümayəndələri Şuşada

Pənahəli xan nəslinin nümayəndələri Şuşada

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

14 aprel, 2025-ci il...

Hər gün onlarla, yüzlərlə ziyarətçini ağuşuna alan, özünün gözəlliyi, ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi ilə bizləri fəth edən Şuşa - Pənahəli xanın əmanəti olan bu qala şəhər dumanlı, çiskinli bir yaz günündə növbəti xoşbəxt anlarını yaşadı. Bəli, Pənahəli xanın yadigarı, bizim baş tacımız, varlığımız, qürur yerimiz olan Şuşa oxucularımıza təqdim etdiyimiz bu nəsil şəcərəsinin son nümayəndələrini - məhz Pənahəli xan nəslinin törəmələrini qoynunda görməkdən çox məmnun oldu. Şuşa çox sevindi ki, uzaq Avstraliyadan 14 min kilometr yolu qət edərək torpağına, havasına, suyuna haqqı olan, qəlbində daim vətən sevgisini qoruyub saxlayan Cəmilə Cavanşir ailə üzvləri ilə onun qonağıdır.

İctimai fəallığı və Azərbaycan həqiqətlərinin təbliğ olunmasındakı xidmətləri ilə uzaq Avstraliyada tanınan Cəmilə Cavanşir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, görkəmli neftçi-alim, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı regional prezidenti olmuş Rəşid Cavanşirin qızıdır. Rəşid müəllim harada oxumasından və işləməsindən asılı olmayaraq, Cavanşir soyadına daim böyük hörmət və məsuliyyətlə yanaşıb. Sovet rejimində ən mötəbər auditoriyalarda belə özünü Cavanşirlər nəslinin nümayəndəsi kimi qürurla təqdim edib. İşlədiyi xarici ölkələrdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanı daim qəlbində daşıyıb. Rəşid müəllimin atası Cəmil Cavanşir də Sovet rejiminin "qılıncının sağı da, solu da kəsəndə" soyadından imtina etməyib, məsul vəzifələrdə bu soyadı daşımaqdan qürur duyub.

Cəmilə Cavanşir ulularının əmanəti, Qarabağın incisi, qədimlik, məğrurluq simvolu, milli mədəniyyətimizin  mərkəzi, poeziyamızın, musiqimizin beşiyi olan Şuşada sonuncu dəfə   işğaldan öncə olub. Azərbaycanın mədəniyyət məbədinin, Qarabağ xanlığının mərkəzi sayılan bu qədim şəhərin, əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaralarının, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeylərinin, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrlərinin, Gövhər ağa məscidinin, əsas ticarət mərkəzi olan "Rastabazar"ın, Daşaltı dərəsinin, Cıdır düzünün, möhtəşəm qala divarlarının,  üç əsrə yaxın yaşı olan, "Şərqin konservatoriyası" adlandırılan qədim qala şəhərin - Şuşanın işğal olunması Cəmilə xanımın da kövrək qəlbini sarsıdıb, ona 30 ildən artıq vətən nisgili yaşadıb. Qəlbi həmişə Şuşa eşqi ilə döyünüb. Ulularının yadigarı olan bu şəhərin vüsalına yetəcəyinə həmişə ümidli olub...

...Nəhayət, o gün gəldi. Ulularının yurd yerinə yola düşərkən Şuşaya gələn yolda hər santimetr, hər metr yüksəklik  Cəmilə xanımı həm də mənəvi yüksəkliyə qaldırdı. Milli qürurumuzun, ləyaqətimizin, sevincimizin yüksəlişinin rəmzinə çevrilmiş Şuşa Azərbaycanın Ali Baş Komandanının və onun müzəffər ordusunun sənət əsəri kimi Cəmilə Cavanşirin düşüncələrində cənnət duyğularını yaratdı.

Cəmilə xanım onilliklərin ayrılığından sonra Şuşaya gələrkən sanki bütün ömrünü burda yaşadığını zənn edərək və ifadə edilməsi mümkün olmayan xoş duyğularla Pənahəli xan babasına, onun qala-şəhərinə salam verdi.

Şuşanı addım-addım dolaşdıqca Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli ordumuzun nəyə qadir olduğunun bir daha fərqində oldu. Şuşaya sıldırım qayalıqlarına əli yalın qalxan, daha sonra yenə əliyalın döyüşərək Şuşanı işğaldan azad edən Azərbaycan əsgərinin ağıl və cəsarətindən məmnunluq hissi keçirdi.

Şuşaya qədəm qoyduğu ilk dəqiqələrdən Cəmilə xanımın sevincdən gözləri yaşardı, bütün varlığı ilə "Azadlığın mübarək, Şuşam!" - deyə hayqırmaq istədi. Bu azadlığı bizə bəxş edən Ali Baş Komandanımıza və onun müzəffər ordusuna bir daha minnətdar oldu. Şəhidlərimizə Uca Allahdan rəhmət dilədi, qazilərimizə sağlamlıq arzuladı. Bizi Şuşadan ayrı salan məşəqqətli və ağır illərin arxada qalmasından, Şuşanı ancaq kitablardan, internet resusrslarından deyil, Şuşanın özünü görmək səadətindən sonsuz sevinc hissləri yaşadı.     

Xan nəslinin övladı Cəmilə Cavanşir üçün də 8 noyabr 2020-ci il tarixi milli rəmzdir. İtirilmiş qürurumuzu, məğrurluğumuzu, mərdliyimizi və sərgərdan gəzən döyüş ruhumuzu özümüzə qaytaran bu tarixdən sonra Şuşanın yenidən qurulmasına, abadlaşmasına şahidlik etmək Cəmilə xanıma sonsuz sevinc bəxş etdi.   

Şuşada olduğu ilk anlarda yaxın keçmişimizə boylanan Cəmilə xanım Türkiyə ilə Azərbaycanın uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığını, əbədiliyini özündə ehtiva edən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin məhz Şuşada imzalanmasını iftixar hissi ilə xatırladı.

Təkcə özünün coğrafi unikallığı və siyasi mərkəz olması ilə deyil, dini, tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirən, tarixi və mədəni əhəmiyyətə malik Şuşanı dolaşarkən, Cəmilə Cavanşir ulularının əmanəti olan yurd yerlərimizin azadlığından, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərində azan səslərindən, bu qala şəhərdə dahi Üzeyir bəyin "Koroğlu uvertürasını" eşitməkdən, Bülbülün dağıdılmış evinin bərpa olunmasından, Cıdır düzündə Xarıbülbülün azad nəfəs almasından, yenidən pöhrələnməsindən fəxarət hissi keçirdi. Şuşa özünün gözəlliyi, ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi ilə Cəmilə xanımı bir daha qürurlandırdı.

Cəmilə xanımın qəlbi Yuxarı Gövhər ağa məscidində ən ülvi hisslərlə döyündü. O, babalarının yadigarı Şuşaya qovuşduğuna, suyundan içdiyinə, loğman havasını ciyərinə çəkdiyindən özünü dünyanın ən bəxtəvər insan saydı. Bütün bunlar üçün Ulu Tanrıya, Onun İlahi ədalətinə minnətdarlığını bildirdi.

Cıdır düzünə səfər - öz gözəlliyi ilə seçilən və insanın ürəyini genişləndirən bu ərazi çox böyük olmasa da,   zirvələr arasında olan bu düzənlik, bu genişlik sanki Cəmilə xanımın qəlbinə, ruhuna azadlıq bəxş etdi. Əsrarəngiz dağ mənzərələri, Cıdır düzünün müxtəlif istiqamətlərindən Şuşaya qalxan yolları, sıldırım qayaları seyr etdikcə Cəmilə xanım Azərbaycan əsgərinin fədakarlığından qürur hissi keçirdi. Heyrətlənərək, müzəffər əsgərimizin dırmandığı qayalıqları yaxından görmək istədi. Düşüncələrindəki suallar bir-birini əvəz etdi: Şiş qayalıqlarla Şuşaya necə dırmanıb xüsusi təyinatlılar? Yolu-izi bilmədən, bələdçi olmadan Şuşanı necə azad ediblər mənfur düşməndən? Məhəmməd Həsən xan Qacarın, Fətəli xan Əfşarın, Ağa Məhəmməd şah Qacarın ala bilmədiyi Şuşanı Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordu düşməndən necə təmizlədi?..

Cəmilə Cavanşir ulularından yadigar qalmış Qala divarları ziyarət edərkən    Şuşanın fəthində iştirakçı olmuş əsgərimizin "Göydə Allah, yerdə qala, bizi çox qorudu", sözlərini xatırladı. Bu qala divarlarını tikib nəsillərə ərməğan etmiş ulularının ruhunu minnətdarlıqla yad etdi, Gəncə qapısı önündə, "Xarıbülbül"ün simvolu ilə xatirə fotoları çəkdirərkən mənsub olduğu Cavanşirlər nəsli ilə fəxr etdi. 

Korifeylərimizin - Üzeyir bəyin, Natəvanın, Bülbülün güllələnmiş tunc heykəlləri, Xan qızı Natəvanın adını daşıyan çeşməli bulaq, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi də   Pənahəli xan nəslinin davamçılarının ruhunu oxşadı.

Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunan İsa bulağı Cavanşirlər nəslinin nümayəndələrinin Şuşa səfərinin ən gözəl səhifələrindən biri oldu. Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsi - Xanın bədahətən mahnı söylədiyi, Səməd Vurğunun şəninə şeirlər yazdığı, şairlər məclisinin keçirildiyi məkan olan İsa bulağı xoş xatirələrlə yadda qaldı.

...Avstraliyaya qayıtdıqdan sonra əminik ki, dünya azərbaycanlılarına Cəmilə Cavanşirin ilk mesajı "Əgər hələ də Şuşaya getməmisinizsə, əmin olun, çox şey itirmisiniz", olacaq.

Hikmət XUDİYEV (CƏMİLZADƏ)

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri