PENİSYA və MİNİMUM MAAŞ QALXDI İlham Əliyev sərəncam imzaladı
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.
Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















