Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2026-cı ilin birinci yarımili ərzində fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, əməliyyat müşavirəsində ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, nizam-intizamın gücləndirilməsi, infrastrukturun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, o cümlədən rəqəmsal yanaşmaların və yeniliklərin tətbiqi istiqamətində müvafiq işlərin davam etdirildiyini vurğulayıb.
Daha sonra Penitensiar xidmətin rəis müavininin hesabat dövrünün yekunlarına dair məruzəsi və tabe qurum rəhbərlərinin çıxışları dinlənilib.
Müşavirənin sonunda ədliyyə naziri Fərid Əhmədovun qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.
Əməliyyat müşavirəsində Ədliyyə Nazirliyinin bir sıra struktur qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















