Icma.az
close
up
RU
Pensilvaniya Universitetinin azərbaycanlı tələbəsi: İlham Əliyevin Qələbə çıxışı milli qürurun bərpası idi

Pensilvaniya Universitetinin azərbaycanlı tələbəsi: İlham Əliyevin Qələbə çıxışı milli qürurun bərpası idi

Icma.az bildirir, Report.az portalına istinadən.

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Qələbə çıxışı milli qürurun bərpası, illərlə davam edən yaraların sağalması idi.

"Report" xəbər verir ki, bunu ABŞ-nin nüfuzlu Pensilvaniya Dövlət Universitetinin azərbaycanlı tələbəsi Nihat Həsən sözügedən ali təhsil müəssisəsində keçirilmiş konfransda çıxış edərkən deyib.

Çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanan Nihat Həsən bildirib:

“Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə bu münaqişənin sona çatdığını və rahatlıq, ümid hissini təsəvvür edin. Prezident İlham Əliyevin 2020-ci il Qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm bir vətəndaş iştirak aktı olduğunu, onun təkcə bir millətə deyil, həm də şəxsən tanıdığım insanlara necə təsir etdiyini paylaşmaq istəyirəm.

İlham Əliyev bu çıxışı 10 noyabr 2020-ci ildə, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağ bölgəsindəki torpaqlarını geri aldıqdan sonra etdi. Prezident çıxışında hərbi qələbəni qeyd etdi və bunun uğrunda canından keçən şəhidlərimizi andı. Amma bu, sadəcə bir qələbə elanı deyildi – bu, xalqı səbirli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi.

Bildiyiniz kimi, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil, bu, həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. İlham Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda, insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxışdan sonra bütün xalq, azərbaycanlılar bir-birinə daha da bağlandı".

Azərbaycanlı gənc daha sonra başından keçən bir əhvalatı da bölüşüb:

"Bunu daha da şəxsi bir hekayə ilə izah etmək istəyirəm. Mənim riyaziyyat müəllimim İkinci Qarabağ müharibəsində oğlunu itirmişdi. O, hər zaman gülərüz və hörmətə layiq bir insan idi, amma bu hadisədən sonra tamamilə dəyişdi. Onun saçlarının ağardığını, gözlərinin altındakı qara kölgələri və əvvəlki gülərüz halının yox olduğunu görürdük. Lakin bu qələbə elan edildikdən sonra onda açıq-aydın bir dəyişiklik hiss etdik. Doğrudur, bu onun kədərini tamamilə silmədi, amma ona bir məqsəd hissi verdi – oğlunun qurbanının boşa getmədiyini bilmək ona güc verdi. Bax, bu çıxışın təsiri belə idi. Bu çıxış bir milləti bir araya gətirdi və insanlara ümid verdi.

Bu çıxış təkcə ərazi qazanclarından ibarət deyildi. Bu, milli qürurun bərpası və illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda, bu, bütün dünyaya Azərbaycanın irəli getməyə və ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi".

Qeyd edək ki, Nihat Elşən oğlu Həsən 2006-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 132-134 saylı Təhsil Kompleksində alıb. Məktəbdən məzun olmasına hələ bir il qalmış, yəni 10-cu sinifdə oxuyarkən Nihat artıq ABŞ-nin ali təhsil müəssisələrinə qəbul üçün xüsusi olaraq tərtib olunmuş SAT proqramı üzrə test imtahanlarını uğurla verərək Pensilvaniya Dövlət Universitetinin tələbəsi adını qazanıb. Gənc həmvətənimiz hazırda həmin universitetin İnformatika (Computer Science) fakültəsinin 2-ci kurs tələbəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri