Pensiya kapitalı hesabına kredit götürmək? Xəbər təkzib olundu
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər sosial şəbəkələrdə pensiya kapitalı hesabına kredit götürməyin mümkünlüyü ilə bağlı xəbərlər yayılırb. Bəs bu mümkündürmü?
İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, belə bir məsələ yoxdur:
“Bu məsələlər şayiədir, Azərbaycanda pensiya kapitalının girov qoyularaq, kredit götürülməsi ilə bağlı hər hansı yenilik yoxdur. Özəl pensiya fondlarının yaradılması haqqında müzakirələr var, dövlət orqanları da dəfələrlə bildiriblər ki, bu istiqamətdə özəl pensiya fondlarının yaradılması haqqında qanunvericilik işlənilir. Bu elə asan məsələ deyil. 2 ildir müzakirələr gedir, çətin məsələ olduğu üçün heç qanunvericilik aktı çıxmayıb. Mövcud pensiyalar haqqında qanunda da hər hansı dəyişiklik yoxdur. İndiki icbari pensiya sistemindəki pensiya kapitalı yalnız və yalnız biz pensiyaya çıxanda bizim təminatımızı formalaşdırır. Başqa bir rol oynamır. Gələcəkdə nə olacaqsa, o zaman müzakirə edilə bilər, hazırda bunun müzakirəsi də yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Mart 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















