Icma.az
close
up
RU
Rusiya İngiltərəni 8 dəqiqəyə məhv edə bilər Şok iddia yayıldı

Rusiya İngiltərəni 8 dəqiqəyə məhv edə bilər Şok iddia yayıldı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Daily Express” nəşrinin Rusiya ilə bağlı yeni iddiası rezonans doğurub. Nəşrin məlumatına görə, Böyük Britaniya Moskvanın NATO-ya üzv dövlətlərin sərhədləri yaxınlığında Londonu səkkiz dəqiqəyə məhv edə biləcək yeni silah yerləşdirə biləcəyindən narahatdır.

Qəzet yazır ki, Rusiya tezliklə Belarusda “Oreshnik” raket sistemini yerləşdirə bilər. Bu sistem yüksək sürəti ilə seçilir və qısa müddətdə Avropa paytaxtlarına çatmağa imkan verir. Qərb ekspertlərinin fikrincə, Belarusda “Oreshnik” raketlərinin yerləşdirilməsi Rusiyanın Avropanın böyük şəhərlərinə qəfil zərbələr endirməsini mümkün edəcək və onların uçuş müddəti Kapustin Yar poliqonundan buraxılan raketlərdən xeyli qısalacaq.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ukrayna məsələsində ABŞ-ın hazırki siyasəti Avropa İttifaqını (Aİ) çətin vəziyyətə salır:

“Bu mənzərənin yaranması Vaşinqtonla Moskva arasında pərdəarxası sövdələşmələrin olması ehtimalını gücləndirir. Bu da Avropa İttifaqını ciddi şəkildə narahat edir. Çünki, Aİ öz təhlükəsizliyini təmin etmək potensialına sahib deyil. Buna görə də, Birləşmiş Ştatlarla dil tapmağa, xüsusilə Ukrayna ilə bağlı Prezident Donald Trampın mövqeyində korrektələrə nail olmağa çalışır. ABŞ-da Trampa qarşı ictimai təzyiq formalaşdıraraq, buna nail olacağına ümid edir.


Əli Zülfüqaroğlu

Vaşinqton isə buna tam əks siyasət yürüdür. Son zamanlar müstəqil geosiyasi aktor olaraq önə çıxmaq istəyən Avropa İttifaqını cəzalandırmağa və ABŞ-ın vassalı olaraq qalmasına çalışır. Yəni Tramp, keçmiş prezident Co Bayden dönəmində başladılan Ukrayna müharibəsinin nəticəsi olaraq həm də Avropa İttifaqının məğlubiyyətini istəyir. Ona görə Avropa üzərində “Rusiya dəyənəyi” Vaşinqtonun maraqlarına tam cavab verir. ABŞ Avropa İttifaqı ilə ziddiyyətlər fonunda Moskvanın Ukraynada maraqlarının təmin olunmasına, bunun müqabilində Rusiyanın da Avropan İttifaqına təzyiqlərini artırmasına çalışır. Rusiyanın Polşa daxil olmaqla digər NATO üzvü olan Aİ ölkələrini təhdid etməsi məhz bundan qaynaqlanır. Ona görə də hesab edirəm ki, 2026-cı ildə gərginlik daha sərt fazaya keçəcək. Bu proseslər Avropa İttifaqına müsbət perspektivlər vəd etmir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri