Icma.az
close
up
RU
“TikTok”un çox izlənən reklamları: “Şapka” ver, kredit apar

“TikTok”un çox izlənən reklamları: “Şapka” ver, kredit apar

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlər “TikTok” sosial şəbəkəsində sürətlə yayılan elanlar cəmiyyətdə narahatlıq yaradır. 

Bu elanlarda özlərini bank təmsilçisi kimi təqdim edən şəxslər dövlət sektorunda çalışanlara, hətta başqa banklarda mövcud kredit öhdəlikləri olsa belə, 40–50 min manat məbləğində kredit əldə etməyin mümkün olduğunu iddia edirlər. 

Bildirilir ki, guya bütün proses rəsmidir, açıq telefon nömrələri paylaşılır, canlı yayımlar açılır və bununla da insanlarda etibar yaradılmasına çalışılır. Lakin elanlarda açıq və ya dolayı formada bir şərt irəli sürülür, kredit ayrıldıqdan sonra həmin şəxsə 10–15 min manat məbləğində “şapka”, yəni qeyri-rəsmi ödəniş verilməlidir. Bank sistemində bu cür mexanizm mövcuddurmu? Buna etibar etmək olarmı? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, bütövlükdə kiminsə kredit almaqda rəsmi vasitəçilik xidməti göstərməsində qanunsuz bir şey yoxdur:

“Məsələn, mən deyirəm ki, sizə kredit götürmədə kömək edəcəyəm. Yəni sənədlərinizi hazırlayacağam, müraciət edəcəyəm. Kredit verildiyi təqdirdə siz mənə müəyyən xidmət haqqı ödəyəcəksiniz. Burada qanunsuzluq yoxdur. Yəni bunun adı “şapka” deyil, çünki o pulu bank almır, mən alıram. 

Bunu da sizə xidmət göstərdiyim üçün alıram. Amma sözügedən proses necə aparılır, onu bilmirəm. Əgər bu cür reklamlar varsa və birbaşa belə ifadə edilirsə, artıq bu qanunsuzdur. Buna görə də belə hallara rast gəlinərsə, həmin şəxslərə qarşı cinayət işi açıla bilər”. 

Onun sözlərinə görə, banklar da belə elanlar vermir: “Xidmət göstərən bank deyil, xidmət göstərən vasitəçilərdir. Bu, o deməkdir ki, vasitəçi prosesi kömək məqsədilə aparır. Banklar üçün fərqi yoxdur ki, kim gəlib müraciət etdi. 

Ona görə də banklar belə xidmət göstərmir. Ehtimal böyükdür ki, belə hallarda aldadma və dələduzluq baş verə bilər. Belə şəxslərlə münasibət quran vətəndaşlar tələb etməlidir ki, tərəflər arasında rəsmi yazılı müqavilə bağlansın”. 

Ekspert bildirib ki, krediti aldıqdan sonra yalnız xidmət haqqı ödənilməlidir: 

“Bu halda vətəndaş heç bir risk altında olmur. Aldadılmamaq üçün əvvəlcədən məsələ ilə bağlı geniş söhbət aparılmalıdır. Vətəndaş belə deməlidir: “Əgər krediti bankda ala bilsəm, o zaman sizə xidmət haqqı verə bilərəm, əgər ala bilməsəm, yox”. Yəni bir sıra məqamlara xüsusi fikir vermək lazımdır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri