Pensiyaçıların ümumi sayı açıqlandı
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir.
Teleqraf. com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2025-ci ilin büdcə müzakirəsi zamanı açıqlayıb.
Komitə sədri qeyd edib ki, onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır:
“2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir, bu meyil gələn ildə də davam edəcəkdir. 2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya 29,9% çoxdur”.
Baxış sayı:61
Bu xəbər 21 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















