Pensiyalar necə dəyişəcək? YENİ HESABLAMA
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gələn ildən pensiya qanunvericiliyinə ediləcək dəyişiklik vətəndaşların gələcək pensiya kapitalına və alacaqları pensiyanın məbləğinə təsir göstərəcək.
“Yeni Sabah” FED.az-a istinadən xəbər verir ki, dəyişikliklərdən biri əməkhaqqından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitin fərdi hesaba yönəldilən hissəsinin 90 faizdən 85 faizə endirilməsi ilə bağlıdır.
İqtisadçı ekspert Əli Əhmədov yeni qaydanın vətəndaşın pensiyasına necə təsir edəcəyini nümunə ilə izah edib. pizza
Onun sözlərinə görə, aylıq 1200 manat əməkhaqqı alan şəxsin fərdi hesabına köçürülən məbləğ yeni qayda ilə təxminən 31 manat azalacaq. Bu isə uzunmüddətli dövrdə pensiya kapitalının daha az formalaşmasına səbəb olacaq.
Məsələn, hazırkı qaydalar qüvvədə qaldığı halda vətəndaş pensiya yaşına çatana qədər fərdi hesabında təxminən 86 min manat pensiya kapitalı toplaya bilər. Yeni hesablama tətbiq edildikdə isə bu məbləğ təxminən 76 500 manata düşəcək.
Nəticədə həmin şəxsin pensiya məbləği də azalacaq. Əgər hazırkı hesablamaya əsasən ona 562 manat pensiya düşürdüsə, yeni qayda ilə bu məbləğ təxminən 531 manat təşkil edəcək.
Beləliklə, sözügedən dəyişiklik ilk baxışda əməkhaqqından ayrılan vəsaitin yalnız 5 faizinin fərdi hesaba yönəldilməməsi kimi görünsə də, uzun illər ərzində toplanan pensiya kapitalına və nəticədə gələcək pensiyanın məbləğinə təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















