Icma.az
close
up
RU
Pensiyalar necə hesablanır?

Pensiyalar necə hesablanır?

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Uzun illər əmək fəaliyyəti olmasına baxmayaraq, aşağı məbləğdə pensiya aldığını iddia edən şəxslərin sayı az deyil. Son illərdə bu sırada hətta keçmiş məhkəmə hakimlərini, yüksəkvəzifəli şəxsləri də görmək olur. Bəzən bunun əksi də olur, elə bu yaxınlarda sabiq sənaye-energetika naziri Məcid Kərimovun pensiyasının artıq hesablandığı, indi geri alınmalı olduğu üzə çıxdı. Belə məsələlər isə öz həllini əksər hallarda məhkəmə müstəvisində tapır. 

Maraqlıdır, bəs yaşa görə pensiyaların məbləği necə hesablanır? 

“Qafqazinfo”nun məlumatına görə, qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi müəyyən edilir. Yəni, toplanmış pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən olunur. Burada 144 ədədi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 

Pensiyanın təyin olunması üçün ilk növbədə şəxsin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır. İl tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanır. Göstərici sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 

Məsələn, 2006-cı il tarixinədək 20 il 6 ay ümumi iş stajı olan şəxsin həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (20,5x 306 manat) 6273 manat olaraq hesablanır. Bu göstərici qanunvericiliyə uyğun olaraq ötən müddət üzrə indeksləşdirilərək artırılır. Şəxsin 2006-cı il yanvarın 1-dən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alındığı halda bu məbləğ də həmin göstəriciyə əlavə edilir. Nəticədə cəmi pensiya kapitalı 144-ə bölünməklə aylıq pensiya məbləği müəyyən  olunur. 

Qeyd edək ki, 2019-2025-ci illərdə şəxsə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək 25 il staj hesablanırdı. 2026-cı ildən etibarən isə hər il üçün bir il azaldılmaqla hesablanır. Yəni, 2026-cı ildə hesablanan staj 24 il, 2027-ci ildə 23 il olması nəzərdə tutulub. 

Sözügedən şərtlə stajın hesablanması pensiya kapitalı ilə yanaşı, stajı da pensiyaya çıxmağa imkan verməyənlər üçün pensiya hüququ yaradır. Belə ki, qanunvericiliyə görə, pensiya yaşına çatmış şəxsin bu hüququndan yararlanması üçün minimum pensiya kapitalı (hazırda 46 080 manatdır) olmadığı halda, 25 il staj tələb olunur. Şəxsin faktiki stajı bu göstəricidən çox olduqda isə onun arzusuna əsasən, pensiya təyin edilərkən faktiki staj nəzərə alınır.

Keçmiş hakimlərin pensiya məbləğinə gəlincə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əmək pensiyasına əlavə təyin edilir. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərin isə maksimum pensiya məbləği (əlavə ilə birgə) onların bu vəzifədə aldıqları orta aylıq əməhaqqının 80 faizi qədər müəyyən olunur.     

Ceyhun Həmid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Fevral 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri