Icma.az
close
up
RU
Pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb Nazir

Pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb Nazir

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib”.

Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 mlrd. manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 mln. manat və ya 2,4 faiz çoxdur.

“Bütövlükdə, ötən 5 ildə dövlət büdcəsinin xərcləri 11,2 milyard manat və ya 41 faiz artıb. Strukturuna görə dövlət büdcəsi xərclərinin 22,1 milyard manatı və ya 57,3 faizi cari xərclərə, 14,4 milyard manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2,1 milyard manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib”, - deyə S.Babayev bildirib.

Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 faizinin və ya 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb. 

S.Babayev qeyd edib ki, 2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin mədaxili 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard manat və ya 5,4 faiz çox icra edilib.

 Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 mln. manat çox icra olunmaqla, 20,4 mlrd. manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 mln. manat üstələyib: “Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73,4  faizi qeyri-neft, 4,4 milyard manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub”.

S.Babayev qeyd edib ki, hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 mlrd. manat transfert edilib.

“Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur. Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib. Son 5 ildə sosialyönlü xərclər 3,9 mlrd. manat artıb”, - deyə S.Babayev qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri