Icma.az
close
up
RU
Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, imzalanmış yeni Fərmana əsasən, 2025-cü ilin 1 iyulundan şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata çatdırılır.

Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 400 manata çatdırılır.

Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2 min 200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manata çatdırılır, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manata çatdırılır.

Yeni Fərmana əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manata, dəfn üçün birdəfəlik müavinət 600 manata, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 500 manata, 7-13 yaş arası uşaq üçün 600 manata, 14-18 yaş arası uşaq üçün 650 manata çatdırılır.

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 180 manata çatdırılır.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü 250 manata, övladlığa götürülən hər uşağa görə aylıq müavinət 240 manata çatdırılır.

Bundan başqa ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət 140 manata, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manata çatdırılır.

Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 140 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 120 manata çatdırılır.

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd “Xalq” fəxri adına görə 300 manata, “Əməkdar” fəxri adına görə 200 manata çatdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.

Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see282

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see259

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see237

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see231

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see212

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see185

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see179

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see174

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see167

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see151

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see150

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see148

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see146

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see142

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see142

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see142

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see142

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see139

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see136

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri