Pensiyalar yenidən artırılacaq
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödənişlərdə olduğu kimi, pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə də davamlı artıma imkan verib.
Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi məlumat yayıb.
Bildirilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. Növbəti ildə isə müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir.
Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.
Eyni zamanda gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.
Milli.Az
Baxış sayı:86
Bu xəbər 27 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















