Icma.az
close
up
RU
Pensiyalarda iki istiqamətdə artım olacaq və artıq gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək

Pensiyalarda iki istiqamətdə artım olacaq və artıq gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. Həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib. İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri qeyd olunub. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib. Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son bir ildəki fəaliyyətinə dair məlumat verilib. DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 mln. manat (5 faiz) çox olmaqla 7 mlrd. 20 mln. manat, Fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 mln. manat (13 faiz) çox olmaqla 6 mlrd. 889 mln. manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çox olmaqla 8 mlrd. 846 mln. manat ödənildiyi qeyd olunub. Nazirliyin digər fəaliyyət sahələrində ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri