Pensiyalarla bağlı daha bir xəbər: Gələn ilin əvvəlindən...
Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.
O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək: “İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”./Report
Baxış sayı:22
Mənbə:https://pravda.az