Icma.az
close
up
RU
Pensiyalarla bağlı vacib AÇIQLAMA

Pensiyalarla bağlı vacib AÇIQLAMA

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bir sıra ölkələrdə vətəndaşlara pensiyayığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də (ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün - red) istifadə etmək imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir.

Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sistemi buna uyğun deyil.

"Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir.

Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir".

Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:

"Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular".

Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Aprel 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri