Pensiyaya az qalanları işdən çıxarmaq olmaz TƏKLİF
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Azərbaycanda bəzi vətəndaşlar pensiya yaşına az qalmış iş yerlərini itirirlər. Bu isə onların yenidən iş tapma şansını çətinləşdirir və sosial təminatına təsir göstərir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, bir sıra ölkələrdə pensiya yaşına 2 il qalmış şəxslərin işdən azad edilməsi qadağandır və Azərbaycanda da oxşar praktikanın tətbiqi təklif olunur.
Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, bu təklifin tətbiqi asan deyil:
"Çünki mövcud bəzi dövlət qurumlarında optimallaşdırılma və ixtisar prosesləri aparılır. Publik hüquqi şəxslərdə və dövlətə tabe olan təsərrüfat subyektlərində optimallaşdırma gedir və böyük ixtisarlar var. O ixtisara düşənlərin xeyli hissəsi 60 yaşı keçənlərdir. Digər tərəfdən insanlar işsiz qalır. Ona görə də praktiki tətbiqi çox çətindir".
Beləliklə, pensiya yaşına az qalmış vətəndaşın işdən çıxarılması ilə bağlı təklif müzakirə mövzusu olaraq qalır. Qərarın qəbul olub-olmaması isə müzakirələrdən sonra bəlli olacaq.
Aysel
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 Mart 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















