Icma.az
close
up
RU
Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir?

Pensiyaya çıxmadan vəfat edən şəxsin pulu varislərinə niyə verilmir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar çox maraq doğuran məsələlərdən biri də pensiyaya çıxmadan vəfat edən şəxsin pensiya kaptalının varislər arasında bölünməsidir. 

Belə ki, Dövlət Sosial Müdafiə Fondunda kifayət qədər vəsait toplayan və pensiyaya çıxa bilməyən şəxs vəfat edəndə, illərlə hesabına yığılmış vəsait onun ailə üzvlərinə, varslərinə verilmir. Bəzi ölkələrdə isə vəziyyət fərqlidir. Belə ki, şəxs pensiyaya çıxmadan vəfat edirsə, hesabına yığılmış vəsait varisinə ödənilir. 

Azərbaycanda da bu praktika tətbiq oluna bilərmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qanun pensiya yaşı çatmadan dünyasını dəyişənin hesabındakı vəsaiti varisə verməyi qadağan etmir:

“Sadəcə, bunun həyata keçirilməsi mexanizmi yoxdur. 

Məntiqlə də həmin vəsait şəxsin ailəsinə, yaxınlarına verilməlidir. yeni qanun layihəsinə ehtiyac olmadan, mexanizm işə salınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunda yığılmış vəsait şəxsi mülkiyyət hesab olunsun və onun varislərinə ötürülə bilsin. Əgər şəxs həyatdan vaxtsız köçərsə, yaxud pensiya yaşı tamam olan kimi həyatını itirərsə, onun varisləri həmin vəsaitlərin alınması maneəsi ilə qarşılaşmasın. Məntiq də onu deyir ki, insan illərlə işləyir və Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəyirsə, həmin pul onun mülkiyyətidir və varislərinə çatmalıdır”. 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, sosial sığorta əməkhaqqından Dövlət Sosial Müdafiə Fonduna ayırmadır: 

“Bunun bir hissəsini sahibkar ayırır, digər hissəsi isə işçinin əməkhaqqından tutulur. Bundan başqa, 1 iyul 2017-ci ildə qüvvəyə minən qanuna əsasən, istənilən şəxs öz pensiya hesabına vəsait yatıra bilər. Bu, əməkhaqqından da, nağd şəkildə də ola bilər. Bunun üçün DSMF ilə müqavilə bağlayır, düşünür ki, pensiya yaşında yaxşı təmin olunmaq üçün hər ay əlavə olaraq, məsələn, 100 manat vəsait köçürsün. 

Beləliklə, yığım hissəsi formalaşır. Yəni vətəndaşlara nağd yığım imkanı yaradılıb. Ancaq məsələ odur ki, bu günə kimi o yığıma 1 manat da pul qoyan yoxdur. Ona görə ki, bu səmərəsizdir. 2024-cü ilin yekunlarına görə, Dövlət Statistika Komitəsi inflyasiyanı açıqladı. Məlumata əsasən, inflyasiya 2,2 faiz təşkil edib. 

Hökumət vətəndaşın hesabındakı vəsaiti 2,2 faiz indeksasiya edir. Yəni bu indeksasiya tam itkini qarşılaya bilmir. Biz şəxsi hesabımıza vəsait qoysaq, o, ildən-ilə dəyərini itirəcək. Bunun əvəzində həmin vəsaiti 10 faizlə banka depozitə qoymaq daha sərfəlidir. Ona görə də yığım əhəmiyyətsizdir. Bu, dördtəkərli arabanın beşinci təkəri kimidir. 2006-cı ildən 2017-ci ilə qədər pensiya islahatları davam etdi, şəxsi yığımın formalaşması üçün cəhdlər göstərdilər. İslahat baş tutmadı. 

Ancaq onu bir element olaraq saxladılar, yəni vətəndaş üçün yığım imkanı da qoydular. Vətəndaşların pensiyasının təmin edilməsi üçün az miqdarda büdcə vəsaiti də var. Ancaq ümumilikdə sığorta hissəsi və yığım var. Kim yığıma vəsait yatırar ki, o da varislər arasında bölünsün? O mexanizm yoxdur”. 

Ekspert deyib ki, yığımla bağlı ictimaiyyətə məlumat verilmir: 

“Qanunvericilikdə yığım hissəsində olan vəsait müəyyən edilmiş qaydada varislər arasında bərabər şəkildə bölünür. Nağd pul şəklində şəxsi hesaba pul qoyulur və hökumət də onu hər il inflyasiyaya görə indeksləşdirir”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili isə bildirib ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər: 

“Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda, əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və sair həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmayıbsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməyibsə, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir. 

Həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, səkkiz yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”. 

R.Mehdili əlavə edib ki, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı ona qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız pensiya şəklində ödənilir. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri