Pensiyaya daha tez çıxmaq üçün şərtlər açıqlandı
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda pensiya yaşı mərhələli şəkildə artırılsa da, qanunvericilik bəzi vətəndaş kateqoriyalarına yaşa görə pensiyaya daha erkən çıxmaq hüququ tanıyır. Ağır və zərərli əmək şəraitində çalışanlar, xüsusi peşə sahibləri, eləcə də müəyyən sosial statusa malik şəxslər üçün tətbiq olunan bu güzəştlər vaxtaşırı ictimai müzakirələrə səbəb olur.
Bəs kimlər pensiyaya daha tez çıxmaq hüququna malikdir, bu güzəştlər hansı meyarlar əsasında müəyyən edilir və mövcud mexanizm sosial ədalət prinsiplərinə nə dərəcədə cavab verir?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququ ümumi qaydalarla yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştli şərtlərlə də təmin olunur.
Onun sözlərinə görə, erkən pensiya hüququ sosial müdafiənin gücləndirilməsi və xüsusi əmək və xidmət şəraitində çalışan şəxslərin hüquqlarının qorunması məqsədi daşıyır:
“"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ hüquqi aktlara əsasən, qanunda müəyyən edilmiş şərtləri ödəyən çoxuşaqlı analar, əlilliyi olan uşağı müəyyən yaşa qədər tərbiyə etmiş valideynlər, ağır və zərərli əmək şəraitində çalışan şəxslər, həmçinin hərbi qulluqçular və bəzi xüsusi dövlət xidmətlərində çalışan şəxslər erkən pensiya hüququndan yararlana bilərlər.
Bu güzəştlərin tətbiqi konkret hüquqi meyarlar əsasında həyata keçirilir. Əsas meyarlar sırasında tələb olunan sosial sığorta stajının və ya xüsusi xidmət stajının mövcudluğu, qanunvericilikdə nəzərdə tutulmuş pensiya kapitalının formalaşması, əmək şəraitinin xüsusiyyətləri, eləcə də ailə və sosial statusun müvafiq sənədlərlə təsdiq edilməsi yer alır.
Erkən pensiya hüququ avtomatik qaydada yaranmır. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir və hüququn tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərin ödənilməsi vacibdir. Bu səbəbdən, vətəndaşların pensiya hüquqları ilə bağlı müraciət etməzdən əvvəl əmək stajı, fərdi uçot məlumatları və digər hüquqi əsasları diqqətlə yoxlamaları tövsiyə olunur.
Erkən pensiya institutunun tətbiqi sosial ədalət prinsiplərinin həyata keçirilməsinə, xüsusi əmək və xidmət şəraitində çalışan şəxslərin sosial təminatının gücləndirilməsinə, eləcə də həssas sosial qrupların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir”, – hüquqşünas fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda nə üçün pensiyaya çıxmaq istəmirlər?
11 Mart 2025 17:21
Bu şəxslər pensiyaya tez çıxacaq ŞƏRTLƏR...
24 May 2025 20:10
Bu şəxslər pensiyaya TEZ ÇIXACAQ ŞƏRTLƏR
29 İyun 2025 21:53
Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ
07 İyul 2025 19:48
Pensiyaya çıxmaq üçün tələb olunan qayda DƏYİŞDİ
14 İyul 2025 03:40
Baxış sayı:118
Bu xəbər 03 Avqust 2026 20:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları