Pentaqon İran adalarını ələ keçirməyə hazırlaşır
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ hərbçiləri uzun illərdir İran ərazisinə quru əməliyyatları variantlarını hazırlayır. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının keçmiş rəhbəri, ehtiyatda olan general Frank Mak Kenzie məlumat verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, bu planlar əsasən İranın cənub sahillərində əməliyyatlar, adaların və kiçik hərbi bazaların ələ keçirilməsi kimi ssenariləri əhatə edir.
“Uzun illər ərzində biz İranın cənub sahillərində fəaliyyət variantlarını, adaların və kiçik bazaların ələ keçirilməsini nəzərdən keçirmişik”, – deyə o bildirib.
General qeyd edib ki, bu əməliyyatlar adətən qısa müddətli reyd xarakteri daşıyır.
Məlumat “The Hill” nəşri tərəfindən yayılıb.
Frank Mak Kenzie bildirib ki, söhbət əvvəlcədən planlaşdırılmış geri çəkilməni nəzərdə tutan əməliyyatlardan gedir, baxmayaraq ki, bəzi adaları ələ keçirib nəzarətdə saxlamaq da mümkündür.
Onun sözlərinə görə, Xarq adasının ələ keçirilməsi İranın neft iqtisadiyyatını tam iflic edə bilər, həm də infrastrukturu dağıtmadan. Mak Kenzie qeyd edib ki, belə addım İran üçün ciddi nüfuz itkisi olar və ABŞ-a danışıqlarda üstünlük qazandıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 30 Mart 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















