Pentaqon Ukrayna üçün Patriot avadanlıqları almağı planlaşdırır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət satınalmaları portalındakı sənəddə deyilir.
"ABŞ Müdafiə Nazirliyinin Logistika Agentliyi baza texniki xidməti üçün sınaq stendlərinin təqdim edilməsi, ərazinin müayinəsi, quraşdırma və iş yerində personala təlim keçilməsi yolu ilə Ukraynanın "Patriot" komplekslərinin operativ hazırlığını təmin etmək üçün ixtisaslı təchizatçılar axtarır", - məlumatda qeyd olunub.
Sənədə əsasən, layihə bir neçə il üçün nəzərdə tutulub: ərazinin müayinəsi müqavilə imzalandıqdan iki ildən çox müddət sonra planlaşdırılır, avadanlıqların ilk tədarükü isə daha yarım il sonra başlamalıdır. Əsas stansiyaların quraşdırılması yalnız işlərin beşinci ilində başa çatmalıdır, buna görə də saziş cari ildə bağlandığı təqdirdə, baza yalnız 2030-cu ilin sonuna qədər işə salına bilər.
Sifarişin yeganə təchizatçı olaraq müsabiqəsiz "Raytheon" korporasiyasına verilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Oktyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















