Pentaqondan Hörmüz açıqlaması: Gözləyə bilmərik
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Müharibə Nazirliyi Hind okeanında sanksiya tətbiq edilən İran neftini daşıyan "M/T Majestic X" adlı gəmiyə müdaxilə edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ qüvvələri tərəfindən həyata keçirilən "dənizdə saxlama" əməliyyatı Vaşinqtonun İrana qarşı son dəniz gedişi kimi qeydə alınıb.
ABŞ 13 apreldə İran limanlarına giriş-çıxış edən dəniz nəqliyyatına qarşı blokada başlatdıqdan bəri çox sayda gəmini saxlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) indiyədək 33 gəmiyə limana qayıtmaq əmri verildiyini bəyan edib.
Gərginliyin artdığı digər bir nöqtə olan Hörmüz boğazında isə Prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə kritik keçid marşrutuna mina düzən hər hansı qayığı "vurmaq" tapşırığı verib.
Tramp sosial media hesabı vasitəsilə etdiyi açıqlamada "Tərəddüd edilməyəcək" deyərək, minalardan təmizləmə gəmilərinin hazırda boğazı təmizlədiyini bildirib.
Pentaqon isə boğazdakı minaların təmizlənməsinin altı ay çəkə biləcəyi ilə bağlı hesabatları təkzib edərək, bu qədər uzunmüddətli qapanmanın qəbulolunmaz olduğunu vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















