Icma.az
close
up
RU
Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər

Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin adının "Müharibə Nazirliyi" (Department of War) olaraq dəyişdirilməsi Vaşinqtona milyardlarla dollara başa gələ bilər, baxmayaraq ki, dəyişikliklər yalnız "kosmetika xarakterlidir".

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, nazirlikdəki bir çox işçi, cümə günü ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama görə narazılıqlarını, qəzəbini və təəccüblərini ifadə ediblər. Çünki bu qərarın yerinə yetirilməsi "kosmetika xarakterli dəyişikliklərə görə milyardlarla dollara başa gələ bilər ki, bu da ən ciddi hərbi problemləri həll etməkdə demək olar ki, heç bir kömək etməyəcək". "Bu addım sadəcə daxili siyasi auditoriya üçün atılıb. Bu yalnız milyonlarla dollara başa gələcək, həm də Çin və Rusiya ilə hesablaşmalara heç bir təsir etməyəcək. Bundan da pisi, düşmənlərimiz bunu ABŞ-ı müharibə qızışdıran və dünya sabitliyinə təhdid yaradan bir ölkə kimi təqdim etmək üçün istifadə edə bilərlər", - deyə Pentaqonun keçmiş əməkdaşı qəzetə bildirib.

"Politico" məlumat verir ki, rəsmilərə Pentaqonun simvolikasını 40 ölkədə və ABŞ-ın bütün 50 ştatında 700 mindən çox obyekt üzərində dəyişdirmək lazım olacaq. Bu, altı hərbi sahə və Pentaqona tabe olan agentliklərin rəsmi yazışmalarının dəyişdirilməsindən tutmuş, ABŞ Konqresinin Senatında təsdiq olunmuş məmurların gödəkcələrindəki naxışların, yeməkxanalardakı peçenye servislərinin, hətta suvenir dükanlarındakı açar düymələrinin və xırda əşyaların dəyişdirilməsini nəzərdə tutur.

Qəzet qeyd edir ki, nazirliyin rəsmi adının dəyişdirilməsi üçün Konqresin müvafiq qanunu qəbul etməsi tələb oluna bilər. "Politico"ya açıqlama verən mənbə isə bildirib ki, Ağ Ev bu təşəbbüsü qanunverici orqanı keçərək həyata keçirmə yollarını axtarır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri