Pentaqonun keçmiş müşaviri: ABŞ Ukraynaya nüvə silahının verilməsini müzakirə edir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"ABŞ hökuməti Kiyev hakimiyyətinə nüvə silahının ötürülməsi imkanlarını müzakirə edir".
Oxu.Az-ın RT-yə istinadən xəbərinə görə, bu barədə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün "X" hesabında məlumat verib.
"Vaşinqtonda Zelenskiyə taktiki nüvə silahının verilməsi məsələsinin müzakirə edildiyi barədə şayiələr gəzir. Mən bu ssenarini, hətta təsəvvür belə edə bilmirəm", - deyə o yazıb.
Daha əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirmişdi ki, Moskvanın Kiyevə nüvə silahının ötürülməsi ehtimalına şübhəsi yoxdur.
Həmçinin Dövlət Dumasının deputatı Mixail Şeremet fikir bildirmişdi ki, nüvə silahının Ukrayna hakimiyyətinə təhvil verilməsi dünyanı apokalipsisə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















