Icma.az
close
up
RU
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: Anaları döşək qarışıq bayıra çıxarırdıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: Anaları döşək qarışıq bayıra çıxarırdıq

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mus tafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

İfadə verən zərərçəkənlərdən biri də Perinatal Mərkəzin Təcili Tibbi Yardım şöbəsinin əməkdaşı Gülbahar Zülfüqarova olub.

O bildirib ki, mərkəzdə yanğın baş verəndə bir neçə nəfərlə söndürməyə çalışıblar:

"Anaları döşək qarışıq bayıra çıxarırdıq, özləri gəzə bilmirdilər. Biz qaçmadıq, hamımız orada idik. Mənim nəfəsimdən 15 gün qara tüstü çıxdı. Biz bunu kiməsə görə etmirdik, ora bizim evimiz idi. Mən gördüm ki, küvəz ortadan yanır. Soruşdum ki, kiməsə zəng etmisiz? Dedilər ki, "102"yə zəng etmişik. Doğum şöbəsinə qayıdıb "112"yə və Mehriban xanıma zəng elədim. Yenidən qayıtdım ora, küvəzlə yanaşı, jalüz də yanırdı. Biz bir neçə nəfərlə yanğını söndürməyə çalışırdıq. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdur".

Zərərçəkən Vaqif Hacıyevin sözlərinə görə, Perinatal Mərkəzdə mühafizəçi işləyib:

"Mühafizə Polisi ilə birgə xəstəxananın mühafizəsini təşkil edirdik. Həmin vaxt xəstə yox idi. Sonra kimsə dedi ki, dördüncü mərtəbədə yanğın var. Yanğınsöndürən balonu götürüb həmin mərtəbəyə getdim. Tüstüdən otağa yaxınlaşmaq mümkün deyildi. Küvəzin yandığını görmürdüm. Uzaqdan yanğını söndürməyə çalışırdıq. Yanğın baş verəndə siqnalizasiyanın işə düşdüyünü eşitmədim. Bir neçə dəfə yanğınla bağlı təlimlərdə iştirak etmişəm. Ona görə də bu sahədə müəyyən biliklərim var idi. Biz küvəzləri aşağı düşürməyə çalışırdıq. Həmin vaxt Mehriban xanımla Elnur müəllim də orada idi. Mən özümü zərərçəkən hesab etmirəm. Təqsirləndirilən şəxslərə qarşı da hər hansı bir tələbim yoxdur".

Daha sonra məhkəmədə iştirak etmək istəməyən bir neçə zərərçəkən barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Proses aprelin 28-də davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri