Icma.az
close
up
RU
Kolumbiyada ölkəmizin müstəqilliyinin 107 ci ildönümü ilə əlaqədar təntənəli qəbul təşkil olunub

Kolumbiyada ölkəmizin müstəqilliyinin 107 ci ildönümü ilə əlaqədar təntənəli qəbul təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

28 May – Müstəqillik Günü və “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Kolumbiyanın paytaxtı Boqota şəhərində təntənəli qəbul keçirilib.

Azərbaycanın Kolumbiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ölkənin dövlət və hökumət nümayəndələri, konqresmenlər, Boqotada fəaliyyət göstərən akademik dairələrin və diplomatik korpusun üzvləri, yerli medianın və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

İki ölkə arasındakı dostluq əlaqələrinin təcəssümü olaraq Kolumbiya tərəfi qonaqların qarşılanması üçün Prezident Qvardiyasının protokol əsgərlərini ayırıb, o cümlədən hər iki ölkənin Dövlət himnləri Qvardiyanın musiqiçiləri tərəfindən canlı ifa edilib.

Ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin zəngin dövlətçilik tariximizdə tutduğu əhəmiyyətli rolu qeyd edib. Müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çoxsaylı çətinliklərin öhdəsindən layiqincə gələrək, bu gün Azərbaycanın suveren, firavan və inkişaf edən bir ölkə olaraq beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibinə çevrildiyini vurğulayıb.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əsasları barədə məlumat verən diplomat ölkəmizin sülh gündəliyinə hər zaman sadiq qaldığına diqqət çəkib, regionda dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistanı əməli addımlar atmağa çağıracağına ümidvar olduğunu bildirib.

Səfir Ermənistanın mina terroru fonunda öz doğma torpaqlarından didərgin salınmış insanların layiqli və təhlükəsiz qayıdışının təmini məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıb. O, ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan roluna toxunmaqla yanaşı, son illərdə enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjinin ixracı üzrə qazandığı nəzərəçarpan nailiyyətlərdən söz açıb. Eyni zamanda, COP29-un ən uğurlu COP-lardan biri kimi tarixə düşdüyünə diqqət çəkib, konfransın yekununda əldə olunmuş müsbət nəticələrə toxunub.

M.Talıbov Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı ilə bağlı müşahidə olunan müsbət dinamikanın məmnunluq doğurduğunu bildirib, mədəniyyət, təhsil, humanitar, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi daxil olmaqla, bir çox istiqamətlər üzrə, o cümlədən iki ölkənin qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi səfir Patrisiya Kortes ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələr üzrə gündən-günə daha da gücləndiyini vurğulayıb. O, ölkəmizin COP29 kimi mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib, əlverişli geostrateji mövqeyə malik Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin onu bütün dünya, eləcə də Latın Amerikası ölkələri üçün etibarlı tərəfdaşa çevirdiyini qeyd edib.

Kolumbiyalı diplomat iki ölkə arasında fəal siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaratdığını bildirib. Həmçinin 2024-cü ildə iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ölkəsinə humanitar yardımların ayrılmasına görə bir daha minnətdarlıqlarını çatdırıb.

Sonda Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar, o cümlədən ölkəmizin turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri