Peru sahillərinin bir hissəsi neft sızması səbəbindən ekoloji fəlakət zonası elan edilib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 dekabr, AZƏRTAC
Perunun hakimiyyət orqanları neft emalı zavodunda baş verən sızma səbəbindən Talara əyalətinin sahil zolağının böyük hissəsini ekoloji fəlakət zonası elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Perunun Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik Talara əyalətinin bir hissəsində 90 günlük fövqəladə ekoloji vəziyyət rejimi elan edib, həmçinin neft sızmasının nəticələrinin aradan qaldırılması üzrə təcili və qısamüddətli tədbirlər planını təsdiqləyib.
Neft sızması dekabrın 20-də Talara şəhərindəki neft emalı zavodunda baş verib. Texnoloji qəza nəticəsində təxminən 10 min kvadratmetr su sahəsi çirklənib. Prokurorluq müəssisənin sahibi olan “Petroperu” neft şirkəti ilə bağlı araşdırmalara başlayıb.
Yerli hakimiyyət orqanları zərər çəkmiş faunanı xilas etmək üçün regiona mütəxəssislər göndərib. Həmin ərazilər həssas növ sayılan zeytun tısbağalarının məskənidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















