Icma.az
close
up
RU
Pərviz Heydərov: “Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilir

Pərviz Heydərov: “Azərbaycan “yaşıl enerji” ixracatçısına çevrilir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Bu, Yer kürəsinə töhfəmiz olacaq


COP29-un üçüncü iş günü ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı Pərviz Heydərov qeyd etdi ki, dünya miqyaslı tədbirin gedişatı əsasən onu göstərir ki, Azərbaycanın ev sahibi kimi bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirib. Bunu gələn qonaqlar da etiraf edirlər: 


- Azərbaycan dövləti bu tədbirin keçirilməsinə hazır olduğunu və belə tədbirlərin keçirilməsində böyük təcrübəyə sahib olduğunu nümayiş etdirir. Tədbirin sonadək uğurla davam edəcəyi heç bir şübhə doğurmur. Qonaqlar hələ də gəlməkdədir. Bu da COP29  çərçivəsndə qarşıya qoyulan məqsədlərə daha çox yaxınlaşacağı və nail olunacağına böyük ümid yaradır. Yəni bir var, bütün ölkələr yğışsın bir yerə danışsınlar, dağlışsınlar, bir də var, müzakirələrin gedişində konkret, əməli nəticələr əldə edilsin, əməli işlərə keçilməsi üçün müvafiq qərarların alınmasıyla bağlı konkret razılığa gəlinsin. Bu mənada Azərbaycanın ev sahibliyi etdiyi tədbirin əvvəlkiəlrdən fərqli olaraq daha böyük əhəmiyyət kəsb edəcəyi gözlənilir. 


P.Heydərov bildirdi ki, COP29-da hansı istiqamətdə qərarların qəbul olunmasına gəlincə, planetimizin iqlim şəraitinin qorunması böyüklü-kiçikli bütün ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Texnoloji inkişaf, sənayeləşmə iqlm şəraitinin, ekologiyanın əleyhinə işləməməkdədir. Bunun qarşısı alınmazsa sənayeləşmənin insanlıq üçün, bəşəriyyət üçün heç bir praktik əhəmiyyəti və nəticəsi olmaz. Bu məsələdə bütün ölkələr öz məsuliyyətlərini anlamalı və hər bir dövlət sözügedən məsələnin həllinə öz töhfəsini təqdim etməlidir: 

- Bu baxımdan Azərbaycanın da üzərinə məsuliyyət düşür. Nəzərə almalıyıq ki, Azərbaycan neft-qaz resurslarına malik ölkələr sırasındadır. O qədər də böyük əraziyə malik ölkə olmasaq da enerji resursları olan ölkə kimi tannırıq və neçə ildir biz Avropaya, dünya bazarına xam neft ixrac edirik. O cümlədən də 4 ildir Avropaya qaz ixrac etməyə başlamışıq. 10-a yaxın ölkə bizdən qaz almaqdadır. Getdikcə də bu ölkələrin sayı artacaq.  Azərbaycanın müəllifi olduğu və özünün iştirakı ilə reallaşmış nəhənc neft-qaz layihələri vardır. Bu da Azərbaycanın qarşısında yeni bur məsuliyyət yaradır ki, biz ekologiyanın qayğısına qalaq, dünya iqlim şəraitinin yaxşılaşması üçün öz töhfəmizi verək, müvafiq əməli nəticələr ortaya qoyaq. COP29-un Azərbaycanda keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, biz bu tədbirə ev sahibliyi etməklə həm də bu məsələdə maraqlı olduğumuzu, öz gücümüz daxilində addımlar atmağa hazır olduğumuzu göstəririk. Məsulyyətimizi dərk edirik ölkə olaraq və öz təhfəmizi verməyə hazırıq. Bunun bir nümunəsi də ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə sahəsində çox inamlı, qətiyyətli addımlar atılmaqdadır. Bu sahədə biz sürətlə irəliləməkdəyik. Özümüzün bu sahədə müvafiq inkiaşf konsepsiyamız, hədəfimiz və mqəsədimiz vardır. Qarşıya qoyulan mıqsəd və hədəflərdən biri odur ki, necə ki Azərbaycan  bu gün neft-qaz ixracatçısı kimi tanınır, tezliklə biz həm də dünyaya “yaşıl enerji” mənbələrindən əldə etdiyimiz enerjinin ixracatçısı kimi tanınaq. Çünki Azərbaycanın təbii şəraiti buna imkan verir, əsas yaradır. Bunun üçün bizim hər cür imkanımız var ki, gələcəkdə biz kənara “yaşıl enerji” də ixrac edək. Bu istiqamətdə bir neçə meqa-layihələr, investisiya qoyuluşları həyata keçirilib və  keçirilməkdədir. Qarşıdakı zaman ərzində bu sahədə daha geniş addımlar atılacaq . Bu da dünyada ekologiyanın qorunmasına bizim töhfəmiz olacaq. Bundan başqa biz həm də xırda dövlətlərə üzləşdikıri təbii fəlakətlərdən qorunmaqda maliyyə dəstəyi göstərmişik.  Cnab Prezident bugünki çıxışında dedi ki, biz köməyimizi bundan sonra da dayandırmayacağıq, təbii fəlakətlərdən zərər çəkəcəkləri təqdirdə bu dövlətlərə köməyimizi əsirgəməyəcəyik. Azərbaycan əməli addımlar atmağa hazır olduğunu hər zaman nümayiş etdirib, bundan sonra da bir çox ölkələrə məsələn, ərzaq təhlükəsizliyinin təmin olunması, ekologiyanın, ətraf mühitin qorunmasına maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edir. Bütün bunlar Azərbaycanın nüfuzunun göstəricisi hesab olunmalıdır. Və bu bizim dünyada öncül ölkələrdən biri kimi qəbul olunmağımıza şərait yaradır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri