Icma.az
close
up
RU
Pərviz Şahbazov: Azərbaycan Türkiyə enerji əməkdaşlığı yeni bazarlara çıxışı təmin edir

Pərviz Şahbazov: Azərbaycan Türkiyə enerji əməkdaşlığı yeni bazarlara çıxışı təmin edir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İndiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox təbii qaz tədarük olunub.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu həcmin 35 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql olunub:

"Bu müddətdə TANAP-la Avropaya 50 milyard kubmetrdən çox təbii qaz çatdırılıb. Təkcə bu ilin ilk 8 ayında Türkiyəyə 6,6 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz ixrac edilib".

P.Şahbazov əlavə edib ki, hazırda Azərbaycanın qaz tədarük coğrafiyası 14 ölkəni əhatə edir və Avropa ilə yanaşı, Yaxın Şərqə də genişlənir:

"Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və siyasi həmrəyliyinin nəticəsi olaraq, Azərbaycan qazı Suriyanın enerji təhlükəsizliyinə də töhfə verir. Türkiyənin Kilis kəməri vasitəsilə ildə 1,2 milyard kubmetr qaz tədarükü planı çərçivəsində qısa müddətdə Suriyaya 60 milyon kubmetr qaz nəql olunub. Bu fakt bir daha göstərir ki, Azərbaycan və Türkiyə birgə səyləri ilə regionda enerji həmrəyliyini gücləndirir, şaxələndirilmiş marşrutlar vasitəsilə yeni bazarlara çıxışı uğurla təmin edirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri