Peşə təhsili müəssisələrində vergi və maliyyə təlimləri keçirilib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 2026-cı il üzrə təsdiq edilmiş Tədbirlər Planına əsasən, təhsilalanlar arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılması məqsədilə növbəti maarifləndirici təlimlər keçirilib.
XQ xəbər verir ki, təlimlər Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Tədbirlər zamanı iştirakçılara vergi sisteminin əsasları, vergi ödəmələrinin cəmiyyət və dövlət üçün əhəmiyyəti, könüllü əməletmə, rəqəmsal xidmətlərdən istifadə imkanları, həmçinin maliyyə savadlılığının gündəlik həyatda rolu barədə ətraflı məlumat verilib.
Təlimlər interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə davam edib. Keçirilən təlimlərdə ümumilikdə 150-dən çox dinləyici iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















