Peşə təhsili müəssisələrinə bərpa olmaq istəyənlərin nəzərinə: müraciətlər qəbul edilir AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-dan etibarən 2024/2025-ci tədris ilinin ikinci yarımili üzrə peşə təhsil pilləsində təhsilin bərpası prosesinə start verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciət etmək istəyən şəxslər portal.edu.az platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciətlər yanvarın 17-dək qəbul olunacaq.
Bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Bu qayda müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil edilmir. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.
Qaydalarla ətraflı şəkildə keçiddən tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 10 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















