Icma.az
close
up
RU
Peşə təhsilinin inkişafı əsas hədəflərdən biri kimi

Peşə təhsilinin inkişafı əsas hədəflərdən biri kimi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24821 nəfər qəbul olunub. Onlardan 15890 nəfəri kişi, 8931 nəfəri (36%) qadındır. 21179 nəfər (85%) dövlət sifarişli, 3642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin 74 nəfər alitəhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris ilində 14160, 2022-2023-cü tədris ilində 16040, 2023-2024-cü tədris ilində 18290, 2024-2025-cü tədris ilində isə 23185 nəfər olub.

2024-2025-ci tədris ilində 70 qrup üzrə 1273 nəfər dual peşə təhsil proqramına qəbul olub. Tələbə qəbulunda keçən illə müqayisədə 46 faiz artım olub. Proqram 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə Bakı şəhəri də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.

2024-2025-ci tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb. 

2024-cü ildə bu peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil müəssisəsinə imtahansız qəbul olub.

Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir. Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın son dərəcə çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər: "Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır".

O vurğulayıb ki, peşə təhsilində həyata keçirilən islahatların əsas qaynağı ölkəmizin sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir. "2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili ilə bağlı hədəflər müəyyən edilib. Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə 2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlb olunması hədəfi qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. Məsələn, 2024-cü ildə peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul olunub ki, bu da son illərin ən yüksək göstəricisidir. Bundan əlavə, peşə təhsilinin infrastrukturunun genişləndirilməsi də strateji hədəflərdən biridir. Yeni, müasir peşə təhsili verə bilən müəssisələrin sayı artdıqca, ora müraciət edənlərin sayı da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə, Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr açılıb. Hər bir yeni müəssisə tələbə sayında artıma səbəb olur. Məsələn, Bərdədə açılışdan sonra tələbə müraciətləri 10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin artırılmasına və keyfiyyətin yüksəlməsinə xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə praktiki biliklərin əldə olunmasına şərait yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər tələbələrə iş yerinə yaxın mühitdə təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas istiqamətlərindəndir. Son 5-6 ildə təhsil proqramlarının yenilənməsi və yeni proqramların hazırlanması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu müddət ərzində 100-ə yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən çox dərslik tələbələrə təqdim edilib. Peşə təhsilində müxtəlif ixtisaslar olduğu üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən həm ümumtəhsil, həm də ixtisas dərslikləri mütəmadi nəşr olunaraq müəssisələrə göndərilir".

Onun dediyinə görə, peşə təhsili sistemində ən çox tələbat olan ixtisaslar sənaye, turizm, xidmət sektoru və IT sahələridir. Bir çox hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi artırmağa çalışırıq. Yeni müəssisələr istifadəyə verildikcə, onların kadr potensialını gücləndirmək məqsədilə təlimlər və təkmilləşdirmə prosesləri davam edir. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin iştirakı ilə kurikulum təsdiq olunub və həmin müəssisələrdə çalışan müəllimlər uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda, turizm və xidmət sahələrində müəllimlərimiz Türkiyədə təlimlərə qatılıblar. 2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə təlimlər keçirdik, bu təlimlər əsasən IT və sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu elan edildikcə, həmin sahələrdə müəllimlərimizin inkişafına da diqqət yetiririk: "Bu gün ən vacib olanı gələcəkdə əmək bazarında hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən müəyyənləşdirərək kadr hazırlığını ona uyğun qurulmasıdır. Bu məqsədlə peşə təhsili proqramlarını hazırlayarkən mövcud əmək bazarındakı boşluqları və gələcək iqtisadi hədəfləri nəzərə alırıq".

Ceyhun Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir. Hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur: "Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".

Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində məcburi köçkün ailələri yaşayırlar. Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə təhsili müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir: "Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı. 2020-ci ildə şanlı qələbəmizdən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda da yeni peşə təhsil müəssisələri tikilib".

Onun söylədiyinə görə, Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək: "Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur, maddi-texniki baza mühüm şərtlərdir. Cəlilabad rayonunda peşə təhsili müəssisəsi 2022-ci ildə tikilib istifadəyə verilib. Həmin vaxt orada 400-ə yaxın tələbə var idi, amma cari tədris ilində tələbələrin sayı 980 nəfərə yaxınlaşıb".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see362

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see356

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see349

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see345

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see339

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see317

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see295

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see263

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see263

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see256

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see251

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see231

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see230

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see230

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see223

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see220

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see212

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see211

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see198

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri